Skip to content
20 May 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2026
  • May
  • 18
  • Dövlət başçısı: Son 20 ildə Bakıda 100-dən çox park və bağ salınıb

Dövlət başçısı: Son 20 ildə Bakıda 100-dən çox park və bağ salınıb

admin 18 May 2026 3 minutes read
prez-94-768x512
PAYLAŞIN:

Son 20 ildə Bakıda 100-dən çox park və bağ salınıb.

Paraqraf.com xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) rəsmi açılış mərasimində bildirib.

“Son 20 il ərzində biz Bakıda 100 park və bağ salmışıq, onların 19-u isə tamamilə yenidən qurulub. İctimai nəqliyyata, mikromobilliyə, metroya, elektrik enerjisi ilə işləyən müasir avtobuslara sürətli çıxışı olan ekoloji baxımdan təmiz şəhərlər – bütün bunlar paytaxtın və təkcə paytaxtın yox – vahid inkişaf konsepsiyası kimi həyata keçirilir”, – o qeyd edib.

Dövlət başçısı vurğulayıb ki, Azərbaycanın bir çox rayonlarında şəhər inkişafı çox sürətli templərlə gedir:

“Şübhəsiz ki, bu mühüm görüş və Birləşmiş Millətlər Təşkilatından olan dostlarımızın, eləcə də ölkəmizə gələn çoxsaylı qonaqların təcrübəsi hamımıza daha çox şey öyrənməyə, bir-birimizdən öyrənməyə, müsbət təcrübəni mənimsəməyə, həmçinin səhvlərimiz barədə danışmağa kömək edəcək”.

Prezident qeyd edib ki, Azərbaycan hökuməti Bakıda ekoloji mühitin yaxşılaşdırılması məqsədilə böyük işlər görüb: “Bakı dünyada 1846-cı ildə neftin çıxarıldığı ilk şəhər olub. Demək olar ki, bütün bu 180 il ərzində ətraf mühitin mühafizəsi məsələlərinə faktiki olaraq diqqət yetirilməyib. Ona görə də Bakı həddindən artıq çirklənmişdi. Əgər mən Qara Şəhər, Bibiheybət, Böyükşor kimi ərazilərin adını çəksəm, bəlkə də bu, əcnəbilərə heç nə deməyəcək. Amma əgər sizin bu yerləri ziyarət etmək və onların 20 il əvvəl necə göründüyü, bu gün isə necə göründüyü ilə bağlı videokadrlara və ya fotolara baxmaq imkanınız olsa, Bakıda ekoloji cəhətdən əlverişli mühitin yaradılması üçün necə böyük işlərin görüldüyünü görəcəksiniz”.

Onun sözlərinə görə, o dərəcədə çirkləndiyi üçün bu adı almış “Qara Şəhər”in əvəzinə bu gün bizdə müasir şəhərsalma nümunəsi olan Ağ Şəhər var: “Bu, şəhər daxilində şəhərdir. Müasir şəhər inkişafının daha bir nümunəsi “Sea Breeze” kurort şəhəridir. Mən qonaqlarımıza, xüsusən də soyuq suda çimməyi sevənlərə oraya baş çəkməyi israrla tövsiyə edirəm. Bilirəm ki, bu zalda iştirak edənlər arasında belə insanlar var. Bu, müasir urbanistikanın daha bir nümunəsidir”.

 

Paraqraf.com 

Loading

Visited 11 times, 2 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Azərbaycanda vergi ödəyicilərinin sayı 5 % artıb
Next: Sabah hava küləkli olacaq

OXŞAR MÖVZULAR

IMG_6708

“Dərələyəz” qəzetinin 15 illik yubileyi qeyd olunub

admin 19 May 2026
WhatsApp Image 2026-05-19 at 16.11.50

“Müasir şəhərsalma gələcəyin əsas inkişaf istiqamətlərindən biridir” – Deputat

admin 19 May 2026
IMG_6706

Sabir Rüstəmxanlı “Şərəf” ordeni ilə təltif edilib

admin 19 May 2026

XƏBƏR LENTİ

SDU-nun rektoru yeni müşaviri kollektivə təqdim edib 19.05.2026 (2)

SDU-nun rektoru yeni müşaviri kollektivə təqdim edib

19 May 2026
“Dam örtüyünü təmir etmək üçün niyə icazə tələb olunur?” – Binəqədidə illərlə həllini tapmayan problem a1d3a9b3-4741-4d7b-b343-3a728492f309

“Dam örtüyünü təmir etmək üçün niyə icazə tələb olunur?” – Binəqədidə illərlə həllini tapmayan problem

19 May 2026
“Dərələyəz” qəzetinin 15 illik yubileyi qeyd olunub IMG_6708

“Dərələyəz” qəzetinin 15 illik yubileyi qeyd olunub

19 May 2026
“Müasir şəhərsalma gələcəyin əsas inkişaf istiqamətlərindən biridir” – Deputat WhatsApp Image 2026-05-19 at 16.11.50

“Müasir şəhərsalma gələcəyin əsas inkişaf istiqamətlərindən biridir” – Deputat

19 May 2026
Sabir Rüstəmxanlı “Şərəf” ordeni ilə təltif edilib IMG_6706

Sabir Rüstəmxanlı “Şərəf” ordeni ilə təltif edilib

19 May 2026
“Universitetlər sənaye ilə inteqrasiya olunmuş innovasiya mərkəzinə çevrilməlidir” – EKSPERT b395a003-97a6-40fd-8b99-eff7811f1be9

“Universitetlər sənaye ilə inteqrasiya olunmuş innovasiya mərkəzinə çevrilməlidir” – EKSPERT

19 May 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.