Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/SİYASƏT/Aleksandar Vuçiç: Hər dəfə Bakıya gələndə çoxlu dəyişikliklər görürəm
SİYASƏT

Aleksandar Vuçiç: Hər dəfə Bakıya gələndə çoxlu dəyişikliklər görürəm

18 May 2026 1 Min Read
PAYLAŞIN:

Serbiya Prezidenti Aleksandar Vuçiç hər dəfə Azərbaycana, Bakıya səfər edərkən çoxlu dəyişikliklə rastlaşdığını bəyan edib.

Paraqraf.com xəbər verir ki, Serbiya Prezidenti WUF tarixində ilk dəfə Bakıda keçirilən Liderlər Sammitində çıxışı zamanı Azərbaycana qonaqpərvərliyinə, Bakıda belə bir qəbula və unudulmaz tədbirə görə təşəkkür edib:

“Hər dəfə Bakıya və ya Azərbaycana gələndə, mən buraya ən azı ildə bir dəfə gəlirəm, çoxlu dəyişiklik və böyük tərəqqi görürəm. Bunun səbəbi sizsiniz, cənab Prezident (İlham Əliyev – red), və bütün Azərbaycan xalqıdır. Bütün işləriniz xalqınızın rifahı naminə aparılır”.

A. Vuçiç vurğulayıb ki, dəyişikliklər Azərbaycanın bütün qlobal dəyişikliklərə nə qədər asanlıqla uyğunlaşdığını nümayiş etdirir.

“Bundan əlavə, biz görürük ki, dövlətiniz son illər ərzində nə qədər irəliləyiş əldə edir və bunun izahı kifayət qədər sadədir. Sizin işiniz və, əlbəttə, sədaqətiniz – bu, cənab Əliyevdə hamımızdan, ya da bəlkə də hamıdan daha çox olan bir şeydir. Düşünürəm ki, bu, birbaşa onun xalqının ürəyində və, əlbəttə, onun öz ürəyindədir. İlham Əliyev insanların rifahı üçün çalışır və məhz buna görə Azərbaycan bu gün bütün dünyada ən yaxşı yerlərdən biridir”.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Keniya Prezidenti: Afrika üzrə ən genişmiqyaslı mənzil inşaatı layihəsi həyata keçiririk

Next

“Bernli”ni məğlub edən “Arsenal” “Mançester Siti” ilə xal fərqini artırıb

Copyright 2026— Praqraf.com. All rights reserved