Skip to content
20 May 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2026
  • May
  • 17
  • WUF13 çərçivəsində “Sosial inklüzivlik üçün mənzil və yoxsulluğun sonlandırılması” mövzusunda panel təşkil olunub

WUF13 çərçivəsində “Sosial inklüzivlik üçün mənzil və yoxsulluğun sonlandırılması” mövzusunda panel təşkil olunub

admin 17 May 2026 3 minutes read
IMG_20260517_164632
PAYLAŞIN:

Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyasının (WUF13) ilk günü “Hər kəs üçün münasib mənzil” mövzusunda tematik panellər təşkil olunub.

Paraqraf.com xəbər verir ki, ilk panel “Sosial inklüzivlik üçün mənzil və yoxsulluğun sonlandırılması” mövzusunda təşkil olunub.

Nadya Qyanenin moderatorluğu ilə keçirilən panel seqmentinin açılışında WUF13-ün milli koordinatorunun müavini Gülşən Rzayeva, Somalinin ictimai işlər, bərpa və mənzil təsərrüfatı naziri Ayub İsmail Yusuf və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax çıxış ediblər.

Natiqlər çıxışlarında şəhərlərin inkişafının sosial inteqrasiya, insan ləyaqətinin qorunması və yoxsulluğun azaldılmasında mühüm rol oynadığını diqqətə çatdırıblar. Qeyd edilib ki, artan urbanizasiya, miqrasiya və iqlim dəyişiklikləri fonunda çoxtərəfli əməkdaşlıq və inklüziv siyasətlər xüsusi əhəmiyyət kəsb edir və bu da öz növbəsində Yeni Şəhərsalma Proqramının əhəmiyyətinin artırır.

Çıxışlarda diqqətə çatdırılıb ki, Azərbaycan və Somali 2025–2026-cı illər üçün BMT-nin Məskunlaşma Proqramının “Hər kəs üçün münasib mənzil” üzrə Hökumətlərarası Ekspert İşçi Qrupunun həmsədridir.

Panel diskussiyada Mərakeşin şəhər planlaması, mənzil və şəhər siyasəti üzrə naziri Adib Ben-Brahim, Kambocanın Baş nazirinin müavini, torpaqların idarə edilməsi, şəhər planlaması və bərpa naziri Say Sam Al, Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişiklikləri üzrə nazirinin müavini Ömer Bulut, Meksikanın Mexiko şəhərinin meri Karla Bruqada sosial inklüzivliyin təmin olunmasında milli təcrübələr barədə danışıblar. Bildirilib ki, mənzil təminatı insan hüququ kimi nəzərdən keçirilməli, onun ləyaqət, bərabərlik və sosial mobillik üçün əsas rolu diqqət mərkəzində saxlanılmalıdır. Bu yanaşma cəmiyyətdə sosial bərabərsizliyi aradan qaldırmağa, həssas qrupların mənzilə çıxışını yaxşılaşdırmağa və yoxsulluğa qarşı mübarizə üçün siyasət və fəaliyyətlərin əhəmiyyətini artıracaq.

Sessiyanın ilk günündə “Şəhər rifahı üçün mənzil və hamı üçün imkanlar” və “Ekoloji cəhətdən dayanıqlı və davamlı şəhər inkişafı üçün mənzil” mövzularında panellərin keçirilməsi də nəzərdə tutulub.

 

Paraqraf.com 

Loading

Visited 52 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi Azərbaycana səfərə gəlib
Next: Xruşşov, Bulqanin və SSRİ-də “iki başlı hakimiyyət” dövrü

OXŞAR MÖVZULAR

WhatsApp Image 2026-05-19 at 16.11.50

“Müasir şəhərsalma gələcəyin əsas inkişaf istiqamətlərindən biridir” – Deputat

admin 19 May 2026
e8LlWDfGvbcu3r8VNnPHWnBeqqfbj6lD7QjmMJ1l_1200

Azərbaycan və Pakistan enerji sahəsində əməkdaşlığı müzakirə edib

admin 19 May 2026
kCVRVI0CaaZbUkVNHTnr1cNuqPqibXJVoomqT8yN_1200 (1)

Gürcüstan rəsmisi: Postsovet irsi mənzil siyasətinin formalaşmasına təsir edir

admin 19 May 2026

XƏBƏR LENTİ

SDU-nun rektoru yeni müşaviri kollektivə təqdim edib 19.05.2026 (2)

SDU-nun rektoru yeni müşaviri kollektivə təqdim edib

19 May 2026
“Dam örtüyünü təmir etmək üçün niyə icazə tələb olunur?” – Binəqədidə illərlə həllini tapmayan problem a1d3a9b3-4741-4d7b-b343-3a728492f309

“Dam örtüyünü təmir etmək üçün niyə icazə tələb olunur?” – Binəqədidə illərlə həllini tapmayan problem

19 May 2026
“Dərələyəz” qəzetinin 15 illik yubileyi qeyd olunub IMG_6708

“Dərələyəz” qəzetinin 15 illik yubileyi qeyd olunub

19 May 2026
“Müasir şəhərsalma gələcəyin əsas inkişaf istiqamətlərindən biridir” – Deputat WhatsApp Image 2026-05-19 at 16.11.50

“Müasir şəhərsalma gələcəyin əsas inkişaf istiqamətlərindən biridir” – Deputat

19 May 2026
Sabir Rüstəmxanlı “Şərəf” ordeni ilə təltif edilib IMG_6706

Sabir Rüstəmxanlı “Şərəf” ordeni ilə təltif edilib

19 May 2026
“Universitetlər sənaye ilə inteqrasiya olunmuş innovasiya mərkəzinə çevrilməlidir” – EKSPERT b395a003-97a6-40fd-8b99-eff7811f1be9

“Universitetlər sənaye ilə inteqrasiya olunmuş innovasiya mərkəzinə çevrilməlidir” – EKSPERT

19 May 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.