Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/CƏMİYYƏT/WUF13 ilə bağlı 41,5 kilometrlik xüsusi hərəkət zolağı təşkil edilib
CƏMİYYƏT

WUF13 ilə bağlı 41,5 kilometrlik xüsusi hərəkət zolağı təşkil edilib

16 May 2026 1 Min Read
PAYLAŞIN:

Mayın 17-dən 22-dək Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) ilə bağlı 6 küçə və prospektdə ümumi uzunluğu 41,5 kilometr olan xüsusi hərəkət zolağı təşkil edilib və yeni yol nişanları quraşdırılıb.

Bu barədə Paraqraf.com-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

Bildirilib ki, 34 küçə və prospektdə (ümumi 170 kilometr) üfüqi nişanlama xətləri bərpa edilib, 19 küçə və prospektdə (20 kilometrdən artıq) yeni salınmış asfalt örtüyündə xətlərin bərpası aparılıb.

Məlumata əsasən, şəhər ərazisində təşkil edilən mikromobillik zolaqlarının uzunluğu 63,2 kilometrə çatdırılıb. Bakının küçə və prospektlərində təşkil edilən bu zolaqlar cəlbetmə məntəqələrini əlaqələndirir.

Kiçik elektrikli nəqliyyat vasitələri üçün parklanma yerləri optimallaşdırılıb və operatorlar həmin məntəqələr üzrə fəaliyyət göstərir. WUF13 qonaqlarının kiçik məsafələrə rahat səyahət etmələri üçün müvafiq şərait yaradılıb. Skuter parkı yenilənib və onların kirayəsi üçün xarici mobil nömrələrdən qeydiyyatın aparılma imkanı yaradılıb. Eyni zamanda, WUF13-lə əlaqədar patrul sistemi gücləndirilmiş iş rejiminə keçirilib.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Azərbaycanda növbəti üç gün güclü külək əsəcək – XƏBƏRDARLIQ

Next

CNN: Ağ Evdə İranla bağlı konsensusa gələ bilmirlər

Copyright 2026— Praqraf.com. All rights reserved