Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/SİYASƏT/Prezident İlham Əliyev BMT-nin Məskunlaşma Proqramının icraçı direktorunu qəbul edib
SİYASƏT

Prezident İlham Əliyev BMT-nin Məskunlaşma Proqramının icraçı direktorunu qəbul edib

16 May 2026 2 Min Read
PAYLAŞIN:

Prezident İlham Əliyev mayın 16-da BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbaxı qəbul edib.

Paraqraf.com xəbər verir ki, Anaklaudia Rossbax Bakıda BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası ilə bağlı gördüyü işlərin onda dərin təəssürat hissi yaratdığını deyərək, bu mötəbər tədbirin təşkili ilə əlaqədar Azərbaycanın tətbiq etdiyi innovativ yanaşmaları alqışladığını vurğuladı, onların sessiyanın daha məzmunlu keçirilməsinə zəmin yaratdığını qeyd etdi.

Bütün bunlara görə Azərbaycan tərəfinə minnətdarlıq edən qonaq ölkənin bu tədbirə möhtəşəm ev sahibliyi edəcəyinə əminliyini bildirdi.

Anaklaudia Rossbax COP29-un Azərbaycanda yüksək səviyyədə keçirildiyini xatırladaraq, bunun ardınca ölkədə WUF13 kimi tədbirin təşkilinin önəminə toxundu. O, COP və WUF-un BMT sistemində ən böyük tədbirlər hesab olunduğunu deyərək vurğuladı ki, mahiyyəti etibarilə Azərbaycan bu tədbirlər arasında əlaqə yaradıb.

Qonaq ölkənin BMT-nin Məskunlaşma Proqramının fəaliyyətinə verdiyi könüllü maliyyə töhfələrini yüksək qiymətləndirdi, Azərbaycan-UN-Habitat əməkdaşlığını, o cümlədən ölkədə keçirilən Milli Şəhərsalma forumları ənənəsini təqdir etdiyini dedi. O, bundan sonra da əməkdaşlığın uğurla davam edəcəyinə ümidvarlığını bildirdi.

Xoş sözlərə görə minnətdarlığını ifadə edən dövlət başçısı vurğuladı ki, Azərbaycan tərəfindən tədbirin yüksək səviyyədə keçirilməsi üçün bütün zəruri addımlar atılıb. Prezident İlham Əliyev bir neçə gün əvvəl Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə yerində tanış olduğunu xatırlatdı, bu tədbirin nəticəyönümlü olacağına ümidvarlığını ifadə etdi.

Dövlət başçısı Azərbaycanın Ümumdünya Şəhərsalma Forumu təcrübəsinin, həmçinin ölkədə şəhərsalma sahəsində tətbiq olunan innovativ yanaşmaların, işğaldan azad edilmiş ərazilərdə postmünaqişə şəraitində genişmiqyaslı bərpa və quruculuq işlərinin aparılmasının digər ölkələr üçün də nümunəvi xarakter daşıdığını bildirdi və ölkənin bu təcrübəni bölüşməyə hazır olduğunu dedi.

Söhbət zamanı Azərbaycanın BMT-nin Məskunlaşma Proqramının fəaliyyətini dəstəklədiyi məmnunluqla vurğulandı, ölkə ilə bu qurum arasında əməkdaşlığın perspektivlərinə dair müzakirələr aparıldı.

Görüşdən sonra Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) arasında WUF13 Bakı standartlarına əsasən gələcəkdə keçiriləcək Ümumdünya Şəhərsalma Forumun sessiyalarına ev sahibliyi üzrə əməliyyat təlimatının birgə hazırlanmasında əməkdaşlıq etmək məqsədilə Niyyət Məktubu imzalandı. Gələcək sessiyalara ev sahibliyi edəcək tərəflərə qərarqəbuletmə prosesinə dəstək olmaq üçün nəzərdə tutulan sənəd Bakıda keçirilən WUF13-ün uğurlu hazırlıq mərhələsinə əsaslanmaqla, növbəti tədbirlərin operativ səmərəliliyini artırmağı hədəfləyir.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

WUF13-də 182 ölkədən 40 mindən çox iştirakçı qeydiyyatdan keçib

Next

İlham Əliyev: Azərbaycan Ümumdünya Şəhərsalma Forumu ilə bağlı təcrübəsini bölüşməyə hazırdır

Copyright 2026— Praqraf.com. All rights reserved