Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/DÜNYA/Mirziyoyev Türk dövlətləri arasında yeni əməkdaşlıq təşəbbüsləri irəli sürüb
DÜNYA

Mirziyoyev Türk dövlətləri arasında yeni əməkdaşlıq təşəbbüsləri irəli sürüb

15 May 2026 1 Min Read
PAYLAŞIN:

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Türk ölkələri arasındakı münasibətlərə sistemli xarakter verilməsinin vacibliyini bildirib.

Paraqraf.com xəbər verir ki, o, bunu Türk Dövlətləri Təşkilatının (TDT) dövlət başçılarının Türküstanda keçirilən qeyri-rəsmi sammitində deyib.

“Qarşımızda təxirəsalınmaz vəzifə durur – münasibətlərimizə sistemli xarakter vermək. Bu əvəzsiz irsə əsaslanaraq, bu gün Türk dünyasının rəqəmsal inkişafının yeni dövrünü yaradırıq. Bununla əlaqədar olaraq, bu istiqamətdə əməkdaşlığın inkişafına dair bir sıra təşəbbüslər irəli sürmək istərdim”, – o bildirib.

Ş.Mirziyoyev təşkilat çərçivəsində süni intellekt sahəsində strateji əməkdaşlıq şəbəkəsinin formalaşdırılmasını, eləcə də regional data-mərkəzləri yüksəksürətli rabitə kanalları ilə birləşdirə biləcək “Rəqəmsal Türk Dəhlizi” konsepsiyasının hazırlanmasını təklif edib.

Prezident qeyd edib ki, son illərdə ölkə xarici investorlarla birgə data-mərkəzlərin yaradılmasına 6 milyard dollar investisiya cəlb edib. O, həmçinin Daşkənddə TDT ölkələrinin iştirakı ilə Texnologiya forumunun keçirilməsi planları barədə məlumat verib.

Onun sözlərinə görə, TDT ölkələrinin ümumi məqsədi elm, təhsil və gənclər siyasəti sahələrində əməkdaşlığın dərinləşdirilməsidir. O, Daşkənddəki İslam Sivilizasiyası Mərkəzinin regional elmi-maarifləndirici platforma kimi artan rolunu qeyd edib və orada TÜRKSOY ofisinin açılmasını alqışlayıb. Özbəkistan Prezidenti tarixi-mədəni irsin vahid rəqəmsal platformada sistemləşdirilməsi üçün Mərkəzin, TÜRKSOY-un və Türk Akademiyasının səylərini birləşdirməyi təklif edib.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Ukrayna ordusunun Ryazana zərbələri nəticəsində 4 nəfər ölüb, 28 nəfər yaralanıb

Next

Tokayev Türk ölkələrini birliyə çağırıb

Copyright 2026— Praqraf.com. All rights reserved