Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/İDMAN/Azərbaycanın kamandan oxatma yığması Avropa çempionatında iştirak edəcək
İDMAN

Azərbaycanın kamandan oxatma yığması Avropa çempionatında iştirak edəcək

15 May 2026 1 Min Read
PAYLAŞIN:

Azərbaycanın kamandan oxatma yığması Türkiyədə açıq havada keçiriləcək Avropa çempionatında iştirak edəcək.

Paraqraf.com Azərbaycan Kamandan Oxatma Federasiyasına istinadən xəbər verir ki, qitənin ən nüfuzlu yarışında ölkəmizi Yaylagül Ramazanova, Məhəmmədəli Əliyev, Fatimə Hüseynli, Lalə Əbdürəhmanova, Sərdar Vəliyev və Nurlan Rəhimli təmsil edəcəklər.

Çempionatın proqramına uyğun olaraq, idmançılar fərdi, komanda və qarışıq növlərdə hədəf qarşısına keçəcəklər.

Oxatanlar çempionata sistemli və yüksək səviyyədə hazırlıq çərçivəsində Quba Olimpiya İdman Kompleksində Belarus millisinin üzvləri ilə birgə məşqlər keçiblər. Komanda mayın 3-dən etibarən hazırlıq prosesini Antalyada, bilavasitə çempionatın keçiriləcəyi məkanda beynəlxalq təlim-məşq toplanışı ilə davam etdirib.

Qeyd edək ki, yarış mayın 18-dən 24-dək Antalya şəhərində keçiriləcək.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Futzal üzrə Yüksək Liqada çempionluq matçına hakim təyinatları açıqlanıb

Next

Azərbaycan gimnastları “AGF Trophy” beynəlxalq turnirinin ilk iki günündə 5 medal qazanıblar

Copyright 2026— Praqraf.com. All rights reserved