Skip to content
14 May 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2026
  • May
  • 14
  • YAP ilə Çin Kommunist Partiyası arasında əməkdaşlıq məsələləri müzakirə olunub

YAP ilə Çin Kommunist Partiyası arasında əməkdaşlıq məsələləri müzakirə olunub

admin 14 May 2026 4 minutes read
TD1lSzjm8gN20TScqv5CXXZUWT1SectToN0dQsA7_1200
PAYLAŞIN:

Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun başçılıq etdiyi nümayəndə heyəti Çin Xalq Respublikasına səfəri çərçivəsində Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin (ÇKP MK) üzvü, Beynəlxalq əlaqələr şöbəsinin müdiri, nazir Lyu Haysin ilə görüşüb.

YAP-dan Paraqraf.com-a bildirilib ki, görüşdə Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev ilə Çin Xalq Respublikasının Sədri, Çin Kommunist Partiyasının Baş katibi Si Cinpinin siyasi iradəsi sayəsində ildən-ilə möhkəmlənərək hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksələn münasibətlərin hər iki ölkənin maraqlarına cavab verdiyi vurğulanıb.

Azərbaycan ilə Çinin müstəqil siyasət yürüdən dost ölkələr kimi bir-birinin mənafelərinin qorunmasına xüsusi diqqət yetirdikləri bildirilib. Beynəlxalq hüququn təməlində dayanan ərazi bütövlüyü və suverenlik prinsiplərini əsas götürən Azərbaycanın Vahid Çin siyasətinə qətiyyətli dəstəyinin əhəmiyyəti vurğulanıb. Öz növbəsində, Birləşmiş Millətlər Təşkilatının beş daimi üzvündən biri olan Çinin Azərbaycanın ədalətli mövqeyini müdafiə etməsinin etibarlı tərəfdaşlıq örnəyi kimi böyük dəyərə malik olduğu qeyd edilib.

Yüksəksəviyyəli siyasi dialoq və intensiv diplomatik təmaslar fonunda iqtisadi-ticari, nəqliyyat-logistika, energetika, o cümlədən yaşıl enerji, elm, təhsil, innovativ texnologiyalar, mədəni, humanitar və digər sahələri əhatə edən çoxşaxəli əməkdaşlığın dərinləşdirilməsinin strateji prioritet kimi dövlət başçılarının xüsusi diqqət mərkəzində olduğu bildirilib.

Çinin qlobal əhəmiyyətli “Bir kəmər, bir yol” təşəbbüsünü dəstəkləyən ilk ölkələrdən biri olan Azərbaycanın Asiya ilə Avropa arasında əlverişli coğrafi mövqeyindən və tranzit imkanlarından səmərəli istifadənin Orta Dəhlizin inkişafına təkan verdiyi vurğulanaraq ölkəmizin Zəngəzur dəhlizi layihəsinin yeni platforma kimi Avrasiyada dayanıqlı sülhə, etibarlı təhlükəsizliyə və çoxtərəfli işbirliyinə hədəfləndiyi qeyd olunub.

Çoxqütblü dünya nizamına transformasiya şəraitində Azərbaycan-Çin hərtərəfli strateji tərəfdaşlığının təkcə iki ölkə arasında əlaqələrin inkişafı baxımından əlamətdar olmadığı, eyni zamanda, Avrasiyada, o cümlədən Qlobal Cənub coğrafiyasında davamlı və qarşılıqlı faydalı əməkdaşlığın təşviqi üçün mühüm əhəmiyyət daşıdığı bildirilib.

Beynəlxalq hüququn böhranı fonunda Azərbaycanın Cənubi Qafqazda həyata keçirdiyi sülh quruculuğunun önəminə diqqət çəkilib.

Görüşdə nümayəndə heyətlərinin mütəmadi səfərlərinin ölkələr və siyasi partiyalar arasında münasibətlərin mövcud vəziyyətinin qiymətləndirilməsi və işbirliyinin əhatə dairəsinin genişləndirilməsi xüsusunda önəmi vurğulanıb.

2024-cü ilin noyabr ayında Yeni Azərbaycan Partiyası ilə Çin Kommunist Partiyası arasında Əməkdaşlıq memorandumunun imzalanmasının əhəmiyyəti diqqətə çatdırılaraq məqsədyönlü birgə fəaliyyətin ənənəvi dostluq münasibətlərinin möhkəmlənməsinə və müştərək maraqların təmininə xidmət etdiyi bildirilib. Partiya diplomatiyasının qarşıda duran hədəflərin gerçəkləşməsinə bundan sonra da töhfə verəcəyinə əminlik ifadə olunub. Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlərlə əlaqədar fikir mübadiləsi aparılıb.

 

Paraqraf.com 

Loading

Visited 11 times, 11 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Azərbaycan səfiri etimadnaməsini Yaponiya İmperatoruna təqdim edib
Next: Sahibə Qafarova Buxarada II Asiya Qadınlar Forumunda iştirak edəcək

OXŞAR MÖVZULAR

w9PmtAih24SwXHl55mhRXuOEwjJBWcmD7Km8Qhww_1200

“El Mundo Financiero”: Azərbaycan Cənubi Qafqazı əməkdaşlıq və sülh regionuna çevirir

admin 14 May 2026
gvmhJWZEFyGgEa385HJluPlkadcxMDCWDhzSzcKp_1200

“EFES – 2026”: General-leytenant Azər Əliyev təlim ərazisində yaradılan şəraitlə tanış olub

admin 14 May 2026
mfp1niJTAOGIFUEAa4Elar7Yx7fvVkUSt4u0OVK4_1200

Pakistanın Baş naziri Fərid Əhmədovu qəbul edib

admin 14 May 2026

XƏBƏR LENTİ

“El Mundo Financiero”: Azərbaycan Cənubi Qafqazı əməkdaşlıq və sülh regionuna çevirir w9PmtAih24SwXHl55mhRXuOEwjJBWcmD7Km8Qhww_1200

“El Mundo Financiero”: Azərbaycan Cənubi Qafqazı əməkdaşlıq və sülh regionuna çevirir

14 May 2026
“EFES – 2026”: General-leytenant Azər Əliyev təlim ərazisində yaradılan şəraitlə tanış olub gvmhJWZEFyGgEa385HJluPlkadcxMDCWDhzSzcKp_1200

“EFES – 2026”: General-leytenant Azər Əliyev təlim ərazisində yaradılan şəraitlə tanış olub

14 May 2026
Bakıda Qlobal Cənub QHT-lərinin Baş Assambleyasının yekun bəyannaməsi qəbul edilib 698958421_1017831203909995_5576372569494817602_n_1778737591

Bakıda Qlobal Cənub QHT-lərinin Baş Assambleyasının yekun bəyannaməsi qəbul edilib

14 May 2026
Pakistanın Baş naziri Fərid Əhmədovu qəbul edib mfp1niJTAOGIFUEAa4Elar7Yx7fvVkUSt4u0OVK4_1200

Pakistanın Baş naziri Fərid Əhmədovu qəbul edib

14 May 2026
Azərbaycanın 9 şəhərində keçirilən WUF13 festivallarında 115 mindən çox insan iştirak edib HlQKkVsVjVFbKAImdlPqo76yivR7QbhrvS2mGss5_1200

Azərbaycanın 9 şəhərində keçirilən WUF13 festivallarında 115 mindən çox insan iştirak edib

14 May 2026
Azərbaycandan Rusiyaya ixrac prosesinin sadələşdirilməsi müzakirə olunub QPRIxhEaJOQRHjWKXJKtobgYhARaVJ7u8pptfGmM_1200

Azərbaycandan Rusiyaya ixrac prosesinin sadələşdirilməsi müzakirə olunub

14 May 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.