“Sabah” son 9 mövsümdə Azərbaycan Kubokunu ardıcıl iki dəfə qazanan ilk komanda olub.
Bu barədə Paraqraf.com-a Peşəkar Futbol Liqasından bildirilib.
Sonuncu dəfə buna “Qarabağ” nail olub. Ağdam klubu həmin vaxt ardıcıl 2 dəfə titulunu qoruyaraq üç mövsüm (2014/2015, 2015/2016, 2016/2017) kubok qazanıb.
Daha üç komanda ardıcıl iki dəfə turnirin qalibi adına sahib çıxıb. İki dəfə buna nail olan “Neftçi” öncə 1994/1995, 1995/1996, ardınca 2012/2013, 2013/2014 mövsümlərində bunu bacarıb. “Kəpəz” (1996/1997, 1997/1998) və “Xəzər Lənkəran” (2006/2007, 2007/2008) da eyni nailiyyəti gerçəkləşdirib.
Paraqraf.com
![]()
Visited 5 times, 5 visit(s) today
