Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/SİYASƏT/Quterreş: BMT Azərbaycanın çoxtərəfli əməkdaşlığa sadiqliyini yüksək qiymətləndirir
SİYASƏT

Quterreş: BMT Azərbaycanın çoxtərəfli əməkdaşlığa sadiqliyini yüksək qiymətləndirir

14 May 2026 1 Min Read
PAYLAŞIN:

BMT Azərbaycanın çoxtərəfliliyə, beynəlxalq əməkdaşlığa və qlobal səviyyədə inklüziv qarşılıqlı fəaliyyətin təşviqinə dəyişməz sadiqliyini yüksək qiymətləndirir.

Paraqraf.com xəbər verir ki, bu barədə BMT-nin Baş katibi Antonio Quterreşin BMT-nin Azərbaycandakı müvəqqəti rezident-əlaqələndiricisi İqor Qarafuliç tərəfindən Qlobal Cənub QHT Platformasının (Global South NGO Platform – GSNP) I Baş Assambleyasında oxunan müraciətində bildirilib.

Onun sözlərinə görə, sözügedən QHT platforması Qlobal Cənub ölkələrinin həmrəyliyi, dialoqu və tərəfdaşlığının mühüm mexanizmidir.

Müraciətdə həmçinin vurğulanıb ki, assambleyanın inklüziv şəhər inkişafına, iqlim dayanıqlığına və davamlı idarəetməyə diqqət yetirməsi Qlobal Cənub şəhərlərinin Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaqla bağlı prosesdə üzləşdiyi reallıqları əks etdirir.

Bundan əlavə, baş katib birgə təşəbbüslərin təşviq edilməsinin, institusional əlaqələrin gücləndirilməsinin və vətəndaş cəmiyyətinin BMT platformalarında, o cümlədən COP və WUF-da iştirakının genişləndirilməsinin vacibliyini qeyd edib.

“Azərbaycandakı BMT əməkdaşlığın gücləndirilməsinə, vətəndaş cəmiyyətinin imkanlarının genişləndirilməsinə yönəlmiş səyləri dəstəkləməyə hazırdır”, – müraciətdə bildirilib.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Prezident İlham Əliyev paraqvaylı həmkarını təbrik edib

Next

WUF13-ün ilk günündə nazirlər görüşəcək, Sədrin Xülasəsi sənədi qəbul olunacaq

Copyright 2026— Praqraf.com. All rights reserved