Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/SİYASƏT/Gürcüstan və Azərbaycan arasında siyasi-iqtisadi əməkdaşlıq müzakirə olunub
SİYASƏT

Gürcüstan və Azərbaycan arasında siyasi-iqtisadi əməkdaşlıq müzakirə olunub

14 May 2026 1 Min Read
PAYLAŞIN:

Gürcüstanın Acarıstan Respublikası hökumətinin sədri Zurab Pataradze Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev və Batumidəki baş konsulu Fuad Əzizov ilə görüş keçirib.

Paraqraf.com xəbər verir ki, Acarıstan hökumətinin yaydığı məlumata görə, görüş zamanı Gürcüstan və Azərbaycan arasında mövcud siyasi-iqtisadi əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub.

Z.Pataradze bildirib ki, uzun illər Gürcüstanın Azərbaycandakı səfiri kimi fəaliyyət göstərdikdən sonra yeni vəzifəsində Azərbaycan nümayəndələri ilə ilk diplomatik görüşünün keçirilməsi onun üçün xüsusi əhəmiyyət daşıyır.

Tərəflər iki ölkə arasında iqtisadi əlaqələrin dinamik inkişaf etdiyini vurğulayıblar. Görüşdə ticarət dövriyyəsinin artması, turizm əlaqələrinin genişlənməsi və nəqliyyat sahəsində əməkdaşlıq məsələləri də müzakirə olunub.

Qeyd edilib ki, hazırda Bakı-Batumi marşrutu üzrə həftədə iki aviareys həyata keçirilir, iyun ayından etibarən isə uçuşların gündəlik əsasda icrası planlaşdırılır.

Görüş zamanı Acarıstanın turizm potensialı, regionda keçirilə biləcək biznes forumları və investisiya imkanları barədə də fikir mübadiləsi aparılıb. Bildirilib ki, region beynəlxalq tədbirlərə və biznes platformalarına ev sahibliyi etməyə hazırdır.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Zelenski: Xersonda BMT missiyasının avtomobilinə dron hücumu olub

Next

“Qəbələ” klubu Asif Məmmədova görə 10 min manat cərimələnib

Copyright 2026— Praqraf.com. All rights reserved