Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/MANŞET/WUF13 çərçivəsində “Dağ-mədən işlərinin şəhərsalma həllərində yeri və rolu” mövzusunda tədbir keçirilib
MANŞET

WUF13 çərçivəsində “Dağ-mədən işlərinin şəhərsalma həllərində yeri və rolu” mövzusunda tədbir keçirilib

13 May 2026 1 Min Read
PAYLAŞIN:

WUF13 – Ümumdünya Şəhərsalma Forumu çərçivəsində 13 may 2026-cı il tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyində “Dağ-mədən işlərinin şəhərsalma həllərində yeri və rolu” mövzusunda dəyirmi masa təşkil olunub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Paraqraf.com-a bildirilib ki, nazirlik və Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə ekologiya və təbii sərvətlər naziri Rəşad İsmayılov, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova, millət vəkilləri Fatma Yıldırım, Afət Həsənova, Asif Əsgərov, Eyvaz Qurbanov, Nigar Arpadarai, dövlət və hökumət rəsmiləri, mədən sənayesi üzrə fəaliyyət göstərən şirkətlərin nümayəndələri və ekspertlər iştirak ediblər.

Tədbirdə Ümumdünya Şəhərsalma Forumunun (WUF13) məzmunu və əhatə dairəsinə görə strateji əhəmiyyət daşıyan qlobal platformalardan biri olduğu vurğulanıb. Qeyd edilib ki, bu mühüm tədbirin Bakıda keçirilməsi yalnız regional deyil, həm də qlobal miqyasda şəhərsalma, dayanıqlılıq və ətraf mühit sahələrində Azərbaycanın artan liderliyini nümayiş etdirir. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən şəhərsalma proqramları, müasir infrastruktur layihələri və işğaldan azad olunmuş ərazilərdə quruculuq işləri bu sahədə Azərbaycanı regionun nümunəvi ölkəsinə çevirib.

Tədbirdə dağ-mədən fəaliyyətinin şəhərsalma və urbanizasiya proseslərinə təsirləri, istehsalat tullantılarının ekoloji risklərinin azaldılması, dayanıqlı idarəetmə mexanizmləri və innovativ yanaşmalar ətrafında müzakirələr aparılıb. Müzakirələr zamanı Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi, “AzerGold” QSC, o cümlədən iri sement istehsalçıları olan “Norm” və “Holcim” şirkətlərinin mütəxəssisləri təqdimatlarla çıxış ediblər. Çıxışlarda mədənçiliyin şəhərsalma həllərində rolu, ekoloji və texniki yanaşmalar, həmçinin perspektiv inkişaf istiqamətləri ilə bağlı fikir mübadiləsi aparılıb.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Baş idarə əməliyyat keçirib, 42 kiloqram narkotik aşkarlanıb

Next

Azərbaycanda elektron satınalma hesabına büdcəyə qənaət 64 %-ə yaxın artıb

Copyright 2026— Praqraf.com. All rights reserved