Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/İDMAN/UEFA-nın dəstəyi ilə Gəncədə məktəblilər arasında minifutbol turniri keçirilib
İDMAN

UEFA-nın dəstəyi ilə Gəncədə məktəblilər arasında minifutbol turniri keçirilib

13 May 2026 1 Min Read
PAYLAŞIN:

AFFA ilə Elm və Təhsil Nazirliyinin birgə təşkilatçılığı, UEFA-nın dəstəyi ilə Gəncədə məktəblilər arasında minifutbol turniri keçirilib.

Paraqraf.com xəbər verir ki, “Məktəblərdə Futbol Dərsi” layihəsi çərçivəsində təşkil olunan yarışın əsas məqsədi məktəblilər arasında sağlam həyat tərzinin təşviqi, futbolun kütləviliyinin və şagirdlərin idmana marağının daha da artırılması olub.

Turnirin final mərhələsi Gəncədə yerləşən minifutbol meydançasında baş tutub. Final görüşündə 21 saylı tam orta məktəbin komandası Xarici Dillər Təmayüllü Gimnaziyanın kollektivini məğlub edərək çempion olub.

Qalib komandaya kubok və qızıl medallar təqdim olunub. İkinci və üçüncü yerləri tutan kollektivlər isə müvafiq olaraq gümüş və bürünc medallarla təltif ediliblər. Bununla yanaşı, turnir ərzində fərqlənən oyunçular müxtəlif nominasiyalar üzrə xüsusi mükafatlar alıblar.

Mükafatlandırma mərasimində çıxış edən AFFA-nın Kütləvi Futbol Departamentinin rəhbəri Fərrux İsmayılov layihənin məktəblilər arasında futbolun inkişafı və uşaqların idmana cəlb olunması baxımından əhəmiyyətini vurğulayıb.

Qeyd edək ki, “Məktəblərdə Futbol Dərsi” layihəsi UEFA-nın dəstəyi ilə ölkənin müxtəlif bölgələrində həyata keçirilir və layihə çərçivəsində şagirdlərin futbol fəaliyyətlərinə daha aktiv şəkildə qoşulmaları, həmçinin idman vasitəsilə sosial bacarıqlarının inkişaf etdirilməsi hədəflənir.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Azərbaycanın yeniyetmə cüdoçuları Avropa Kubokunda çıxış edəcəklər

Next

Marko Manenti “Bakı–Xankəndi” Azərbaycan velosiped yarışının dördüncü mərhələsinin qalibi olub

Copyright 2026— Praqraf.com. All rights reserved