Slovakiya Milli Şurasının sədri Rixard Raşi Qarabağa səfər edəcək.
Paraqraf.com xəbər verir ki, o, bu barədə mayın 13-də Prezident İlham Əliyevin qəbulunda olarkən məlumat verib.
R.Raşi səfər çərçivəsində azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işləri, həmçinin Xankəndidə Qarabağ Universitetinin fəaliyyəti ilə tanış olacaq.
Qonaq 2022-ci ildə Azərbaycana səfəri çərçivəsində Şuşada da olduğunu söyləyib.
Paraqraf.com
![]()
Visited 13 times, 8 visit(s) today
