Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/DÜNYA/Kim Çen İn KXDR-in hərbi sənaye kompleksinin müəssisələrini təftiş edib
DÜNYA

Kim Çen İn KXDR-in hərbi sənaye kompleksinin müəssisələrini təftiş edib

13 May 2026 1 Min Read
PAYLAŞIN:

Koreya Xalq Demokratik Respublikası (KXDR) rəhbəri Kim Çen İn ölkənin hərbi sənaye kompleksi obyektlərinə təftiş həyata keçirib.

Paraqraf.com xəbər verir ki, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi (KMTA) məlumat yayıb.

Səfər zamanı dövlət başçısını Koreya Əmək Partiyası (KƏP) Mərkəzi Komitəsinin (MK) katibi Ço Çxun Ryon və digər rəsmilər müşayiət ediblər.

Kim Çen İn 2026-cı ilin birinci yarımilliyi üzrə müdafiə istehsalı planlarının icra gedişatını öyrənib. O, “müxtəlif döyüş sursatlarının buraxılışının artırılmasında rekord templər təmin edən və Koreya Xalq Ordusunun döyüş potensialının gücləndirilməsinə mühüm töhfə verən” hərbi sənaye müəssisələri əməkdaşlarının əmək əhval-ruhiyyəsini yüksək qiymətləndirib.

Bundan əlavə, KXDR rəhbəri müdafiə sənayesinin təşkilati strukturunda, bilavasitə istehsalat sahələrində və infrastruktur təminatında mövcud olan problemlərə diqqət çəkib. O, məhsul buraxılışı strukturunun səmərəli şəkildə yenidən qurulmasını və texnoloji xəttlərin yerləşməsinin optimallaşdırılmasını nəzərdə tutan istehsal güclərinin modernləşdirilməsini əsas vəzifə kimi müəyyənləşdirib. Onun göstərişinə əsasən, idarəetmə proseslərinin səmərəliliyinin artırılmasına, yüksək ixtisaslı mütəxəssislərlə işə və istehsal olunan məhsulların keyfiyyətinə nəzarətin elmi cəhətdən əsaslandırılmış meyarlarının tətbiqinə xüsusi vurğu edilməlidir.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

İsrailin Livanın cənubuna endirdiyi zərbələrdə son sutkada azı 13 nəfər həlak olub

Next

Türkiyədə qanunsuz qumar oyunlarından 128 milyon dollar gəlir əldə edən 61 nəfər saxlanılıb

Copyright 2026— Praqraf.com. All rights reserved