Skip to content
14 May 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2026
  • May
  • 13
  • Azərbaycan və Rumıniyanın parlamentlərarası əlaqələri müzakirə olunub

Azərbaycan və Rumıniyanın parlamentlərarası əlaqələri müzakirə olunub

admin 13 May 2026 4 minutes read
wO8lKcD70qodwwn6HrC6qDLnWfAW7mMqKmuZd2Sn_1200
PAYLAŞIN:

Rumıniya Senatında bu ölkədə səfərdə olan Milli Məclisinin sədr müavini Ziyafət Əsgərov və Rumıniya ilə dostluq qrupunun sədri Azay Quliyev ilə Rumıniya parlamentində Azərbaycanla dostluq qrupunun rəhbəri Marian Neakşu başda olmaqla qrup üzvləri arasında səmimi işgüzar görüş keçirilib.

Paraqraf.com xəbər verir ki, 2023-cü ilin fevral ayında Rumıniya parlamentinin rəhbərinin başçılıq etdiyi nümayəndə heyətinin üzvü kimi Azərbaycana səfərini məmnuniyyətlə xatırlayan M.Neakşu xalqları və ölkələri qonaqpərvərlik və mehribanlıq kimi ortaq keyfiyyətlərin birləşdirdiyini qeyd edib.

O bildirib ki, ötən illər ərzində həyata keçirilmiş dövlət başçıları, baş nazirlər, eləcə də çoxsaylı parlament sədrləri səviyyəsində qarşılıqlı səfərlər ikitərəfli əlaqələrin artan qrafik üzrə inkişafından xəbər verir.

M.Neakşu Rumıniya parlamentində fəaliyyət göstərən Azərbaycanla dostluq qrupunun sədri vəzifəsinə ardıcıl olaraq parlament və hökumət rəhbərliyində təmsil olunan şəxslərin təyin edilməsini ölkəsinin Azərbaycana verdiyi önəmin göstəricisi adlandırıb. O, regionda mövcud olan geosiyasi vəziyyəti nəzərə alaraq iki ölkə arasında nəqliyyat, enerji və ticari əlaqələrin inkişafının zəruriyyətindən danışıb.

Milli Məclisinin sədr müavini Z.Əsgərov Rumıniya və rumın xalqına Azərbaycanda böyük rəğbət hissi bəslənildiyini bildirib, iki dövlət arasında ənənəvi dostluq və strateji tərəfdaşlıq münasibətlərinin uğurla davam etdiyini vurğulayıb. O, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Rumıniya Senatında “Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin Azərbaycan Respublikası və Rumıniya arasındakı əlaqələrdə rolu” mövzusunda konfransın keçirilməsinə verilmiş dəstəyə, eləcə də Ulu Öndərin xatirəsinin əbədiləşdirilməsinə görə Rumıniya dövlətinə və Senat rəhbərliyinə təşəkkürünü bildirib.

Parlamentlərarası dostluq qrupunun üzvü, deputat Adrian Solomon həmkarı Amet Varol ilə 2022-ci ildə Azərbaycanın azad olunmuş ərazilərinə ilk səfərindən bəhs edərək burada qısa müddət ərzində həyata keçirilməkdə olan infrastruktur layihələrinin onu mütəəssir etdiyini, o cümlədən bir neçə ay ərzində istifadəyə verilmiş Füzuli hava limanının Rumıniyadakı müvafiq sektor üçün nümunə təşkil edə biləcəyini bildiriblər.

Rumıniya ilə dostluq qrupunun sədri Azay Quliyev parlamentlərarası münasibətlərin inkişafı, dostluq qrupları arasında beynəlxalq meydançalarda əlaqərin genişləndirilməsi və qarşılıqlı əməkdaşlığın daha da möhkəmləndirilməsinin vacibliyini qeyd edib.

Görüş zamanı M.Neakşu istər parlamentlərarası əməkdaşlıq müstəvisində, istərsə də mənsub olduğu Sosial-Demokrat Partiyasının səviyyəsində Rumıniya-Azərbaycan münasibətlərinin inkişafına verdikləri tam dəstəyin bundan sonra da davam edəcəyini bəyan edib.

Bundan əlavə, Rumıniyada səfərdə olan Milli Məclisin sədr müavini Ziyafət Əsgərovun rəhbərlik etdiyi nümayəndə heyəti 12 mayda Buxarestdəki Tey Parkında Ulu Öndər Heydər Əliyevin büstünü ziyarət edib. Tədbirdə Ümummilli Liderin əziz xatirəsi ehtiramla yad olunub, büstün önünə gül dəstələri düzülüb.

 

Paraqraf.com 

Loading

Visited 8 times, 6 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Raşi: Slovakiya Avropada Azərbaycanın etibarlı tərəfdaşı olaraq qalır
Next: BTC ilə 4 ayda Qazaxıstan neftinin tranziti 470 min tonu ötüb

OXŞAR MÖVZULAR

vcrMyLIl9JHkUewu0sAyUSCTZ7RD9RXvLojLEtuT_1200

Prezident İlham Əliyev paraqvaylı həmkarını təbrik edib

admin 14 May 2026
17787401892002840774_1200x630_1778743965

Azərbaycanda Qlobal Cənub QHT Platformasının ilk Baş Assambleyası keçirilir

admin 14 May 2026
MQTUga9uoPVJ2LvlPuUCIM8rHjB4b96D1ptMwAMw_1200

Azərbaycan və Suriya Bakıda keçiriləcək WUF13 çərçivəsində dayanıqlı şəhərsalma məsələlərini müzakirə edəcək

admin 14 May 2026

XƏBƏR LENTİ

Prezident İlham Əliyev paraqvaylı həmkarını təbrik edib vcrMyLIl9JHkUewu0sAyUSCTZ7RD9RXvLojLEtuT_1200

Prezident İlham Əliyev paraqvaylı həmkarını təbrik edib

14 May 2026
WUF13 iştirakçıları üçün xüsusi avtobus fəaliyyətə başlayıb GD9wsASglxyP9NbtGJX3GjpMF8wAoPua44tboD4L_1200

WUF13 iştirakçıları üçün xüsusi avtobus fəaliyyətə başlayıb

14 May 2026
Ağakərim Səmədzadə ekologiya və təbii sərvətlər nazirinin birinci müavini təyin olunub s1s2NTY3dAhdXK9UAFZguPnmENzlNoYaN4BON7Kd_1200

Ağakərim Səmədzadə ekologiya və təbii sərvətlər nazirinin birinci müavini təyin olunub

14 May 2026
Azərbaycanda Qlobal Cənub QHT Platformasının ilk Baş Assambleyası keçirilir 17787401892002840774_1200x630_1778743965

Azərbaycanda Qlobal Cənub QHT Platformasının ilk Baş Assambleyası keçirilir

14 May 2026
Azərbaycan və Suriya Bakıda keçiriləcək WUF13 çərçivəsində dayanıqlı şəhərsalma məsələlərini müzakirə edəcək MQTUga9uoPVJ2LvlPuUCIM8rHjB4b96D1ptMwAMw_1200

Azərbaycan və Suriya Bakıda keçiriləcək WUF13 çərçivəsində dayanıqlı şəhərsalma məsələlərini müzakirə edəcək

14 May 2026
Sahibə Qafarova Buxarada II Asiya Qadınlar Forumunda iştirak edəcək 20TmKd7N0RNs2mFPTeAZTYzNkiM0OtuvkU0aClmt_1200

Sahibə Qafarova Buxarada II Asiya Qadınlar Forumunda iştirak edəcək

14 May 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.