Skip to content
14 May 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2026
  • May
  • 12
  • Tural Gəncəliyev: Avropa Parlamenti ərazi bütövlüyünü bərpa etmiş Azərbaycanı “cəzalandırmaq” istəyir

Tural Gəncəliyev: Avropa Parlamenti ərazi bütövlüyünü bərpa etmiş Azərbaycanı “cəzalandırmaq” istəyir

admin 12 May 2026 4 minutes read
Xo3bfagzJFe5c0ZHNK0uoXCyXTDtwR9vxxiLPyS0_1200
PAYLAŞIN:

AŞPA və Avropa Parlamenti kimi institutlar ərazi bütövlüyünü bərpa etmiş Azərbaycanı “cəzalandırmaq” istəyir.

Paraqraf.com xəbər verir ki, bunu Milli Məclisin deputatı Tural Gəncəliyev parlamentin bugünkü plenar iclasındakı çıxışında deyib.

O qeyd edib ki, təxminən 30 il ərzində ATƏT-in Minsk qrupu diplomatik uğursuzluğun və ikiüzlülüyün simvoluna çevrilmişdi:

“Öncə qeyd edim ki, Prezident İlham Əliyevin Zəngilanda etdiyi çıxış sadəcə bir nitq deyil, köhnə beynəlxalq diplomatiya sisteminə verilmiş siyasi hökm idi. Ümummilli Lider Heydər Əliyevin doğum günündə xalqa müraciət edən dövlət başçısı açıq şəkildə göstərdi ki, Azərbaycan artıq öz təhlükəsizliyinin və regional gələcəyinin şərtlərini özünün müəyyən etdiyi mərhələyə keçib. ATƏT-in Minsk qrupunun artıq rəsmi şəkildə ləğv olunaraq de-yure fəaliyyətini dayandırdığı bir vaxtda açıq demək olar ki, onun məqsədi heç vaxt münaqişəni həll etmək olmayıb. Həmsədrlər yalnız vəziyyəti dondurmağa və işğalı legitimləşdirməyə çalışır, xalqımıza isə guya bu münaqişənin “hərbi həlli yoxdur” fikrini təlqin edirdilər. Bu, psixoloji təzyiq forması idi. Otuz il davam edən “diplomatik turizm” dövründə vasitəçilər bölgəmizdən işğalçı qüvvələrin bir əsgərini belə çıxarmadılar. Şəhərlərimiz yer üzündən silinərkən, məscidlərimiz xarabalığa çevrilərkən onlar susurdular”.

Deputatın fikrincə, Prezidentin bəyanatına xüsusi kəskinlik verən məqam ləğv edilmiş qrupun həmsədrləri olan ABŞ, Fransa və Rusiyanın nüvə dövlətləri, həmçinin BMT Təhlükəsizlik Şurasının daimi üzvləri olması idi:

“Dünyada böyük gücə malik olmalarına baxmayaraq, onlar otuz il ərzində öz qəbul etdikləri qətnamələri belə görməzlikdən gəldilər. Biz beynəlxalq hüquqa münasibətdə açıq selektiv yanaşma ilə üz-üzə qaldıq: böyük dövlətlər yalnız öz geosiyasi maraqlarına uyğun gələn qərarların icrasını təmin edirlər. 2020-ci ildə Azərbaycan dünya miqyasında presedent yaratdı – biz BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını silahlı güc və siyasi iradə hesabına təkbaşına təmin etdik. Məhz buna görə də bu gün AŞPA və Avropa Parlamenti kimi institutlar absurd qətnamələr qəbul edərək, əsassız sanksiyalar tətbiq etməyə çalışaraq bizi “cəzalandırmağa” cəhd göstərirlər”.

Hazırda Zəngilanda xarabalıqların yerində yeni geoiqtisadi qovşaq qurulduğunu xatırladan T.Gəncəliyev Prezidentin bu rayonun beynəlxalq nəqliyyat habına çevriləcəyini bəyan etdiyini vurğulayıb:

“Bu yeni memarlığın əsas elementi isə Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirəcək və Orta Dəhlizin bir hissəsinə çevriləcək Zəngəzur dəhlizi olacaq. Bu, bizim şərtlərimizlə qurulan sülhdür. Kimlərinsə bizə status-kvonu diktə etməsinə imkan verməyəcəyik. Cənubi Qafqazın xaricdən idarə olunması dövrü başa çatıb. Azərbaycan sübut etdi ki, ədalət sözlə deyil, əməli addımlarla bərpa olunur. Dünyaya mesajımız son dərəcə aydındır: biz sülhə hazırıq, əməkdaşlıq gündəliyi təklif edirik, lakin Ermənistanda revanşizm ideyaları yaşadığı müddətdə ayıq-sayıq qalacağıq. Zəngilan bu gün öz torpağına dağıtmaq üçün deyil, qurmaq üçün qayıdan qanuni sahibin simvoludur”.

 

Paraqraf.com 

Loading

Visited 19 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Sumqayıtda bağçada mərmiyə bənzər əşyalar aşkarlanıb
Next: Əli Əsədov BP-nin nümayəndə heyəti ilə əməkdaşlığın gələcək perspektivlərini müzakirə edib

OXŞAR MÖVZULAR

WhatsApp Image 2026-05-14 at 08.43.19

“ABŞ və Çin arasında yaxın dövrdə ticarət və investisiya sahəsində güzəştlər mümkündür” – ŞƏRH

admin 14 May 2026
wO8lKcD70qodwwn6HrC6qDLnWfAW7mMqKmuZd2Sn_1200

Azərbaycan və Rumıniyanın parlamentlərarası əlaqələri müzakirə olunub

admin 13 May 2026
cJLGZYQs5kZKUo34q2LxZklPr03ZdTflLmDxSS6j_1200

Raşi: Slovakiya Avropada Azərbaycanın etibarlı tərəfdaşı olaraq qalır

admin 13 May 2026

XƏBƏR LENTİ

“ABŞ və Çin arasında yaxın dövrdə ticarət və investisiya sahəsində güzəştlər mümkündür” – ŞƏRH WhatsApp Image 2026-05-14 at 08.43.19

“ABŞ və Çin arasında yaxın dövrdə ticarət və investisiya sahəsində güzəştlər mümkündür” – ŞƏRH

14 May 2026
Psixoloq: “Alfa qadın zərifliyini hər zaman saxlayır” WhatsApp Image 2026-05-14 at 08.45.25

Psixoloq: “Alfa qadın zərifliyini hər zaman saxlayır”

14 May 2026
AFFA Region Liqasında final və üçüncü yer uğrunda oyunun yeri müəyyənləşib gthuAmH6yq82OUZI6Jvx30qGAK80sTbE7LwEIsIP_1200

AFFA Region Liqasında final və üçüncü yer uğrunda oyunun yeri müəyyənləşib

13 May 2026
Marko Manenti “Bakı–Xankəndi” Azərbaycan velosiped yarışının dördüncü mərhələsinin qalibi olub LNNgHQ6ZT6WtD8mOL1Aj2MzHybQSkqvGQsOh1Sk1_1200

Marko Manenti “Bakı–Xankəndi” Azərbaycan velosiped yarışının dördüncü mərhələsinin qalibi olub

13 May 2026
UEFA-nın dəstəyi ilə Gəncədə məktəblilər arasında minifutbol turniri keçirilib 7fTFhsckYCyMPWMC1cEhzrTZwhMxVuDNJ1fDVgdY_1200

UEFA-nın dəstəyi ilə Gəncədə məktəblilər arasında minifutbol turniri keçirilib

13 May 2026
Azərbaycanın yeniyetmə cüdoçuları Avropa Kubokunda çıxış edəcəklər di1zGjCdVeUEgkzJBm7eupMN0pvPmVUIkSnI6CAq_1200

Azərbaycanın yeniyetmə cüdoçuları Avropa Kubokunda çıxış edəcəklər

13 May 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.