Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/DÜNYA/Niderlandda 12 səhiyyə işçisi hantavirusla işləyərkən qanun pozuntularına yol verib
DÜNYA

Niderlandda 12 səhiyyə işçisi hantavirusla işləyərkən qanun pozuntularına yol verib

12 May 2026 1 Min Read
PAYLAŞIN:

Niderlandın Gelderland əyalətinin Nijmegen şəhərində yerləşən Radboud Universiteti Tibb Mərkəzinin on iki əməkdaşı hantavirusa yoluxmuş xəstə ilə təmasda olarkən təhlükəsizlik qaydalarını pozduqdan sonra altı həftəlik karantinə yerləşdirilib.

Paraqraf.com xəbər verir ki, bu barədə Hart van Nederland portalı məlumat yayıb.

Qeyd olunub ki, tibb müəssisəsi xəstənin müalicəsi zamanı mövcud təhlükəsizlik protokollarına tam əməl olunmadığını etiraf edib:

“İnfeksiya riski olduqca aşağı olsa da, təhlükəsizlik tədbirlərinə riayət etmək müalicə prosesində iştirak edən hər kəs üçün vacibdir. Bunun universitet tibb mərkəzimizdə baş verməsindən təəssüf edirik”, – deyə xəstəxananın direktorlar şurasının sədri Bertine Lahuis jurnalistlərə bildirib.

Portalın dəqiqləşdirdiyi kimi, xəstənin test üçün toplanan qanı “virusun təbiətinə görə” daha sərt prosedura uyğun olaraq emal edilməli idi. Bundan əlavə, xəstəxana xəstənin biomateriallarının “mövcud beynəlxalq qaydalara uyğun olmayan şəkildə” utilizasiya edildiyini bildirdi.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Lökbatanda anbardakı yanğının söndürülməsinə 2 helikopter cəlb olunub

Next

Zığda avtomobil qadını vuraraq öldürüb

Copyright 2026— Praqraf.com. All rights reserved