Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/MANŞET/Azərbaycan mədəni irs sahəsində qlobal innovasiya liderləri sırasında yer alıb
MANŞET

Azərbaycan mədəni irs sahəsində qlobal innovasiya liderləri sırasında yer alıb

12 May 2026 1 Min Read
PAYLAŞIN:

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti Böyük Britaniyanın nüfuzlu nəşri “Global Brand Magazine” tərəfindən təşkil olunan beynəlxalq müsabiqədə “İrsin qorunmasında ən yaxşı dövlət innovasiyası” nominasiyası üzrə qalib elan olunub.

Bu barədə Paraqraf.com-a Mədəniyyət Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, Dövlət Xidmətinə mükafatın təqdim edilməsində əsas meyarlar kimi “Vahid Mədəniyyət Reyestri” informasiya sisteminin yaradılması, 3000-dən çox daşınmaz mədəni irs nümunəsi üzrə məlumatların vahid rəqəmsal platformaya inteqrasiyası istiqamətində fəaliyyətlər, Qarabağ və Şərqi Zəngəzurda tarix və mədəniyyət abidələri üzrə genişmiqyaslı inventarlaşdırma və qiymətləndirmə işlərinin aparılması mühüm əhəmiyyət kəsb edib.

Bu çərçivədə Coğrafi İnformasiya Sistemi, dron və peyk texnologiyalarının tətbiqi, “MyCulture” vahid şəxsi kabinet sistemi üzərindən rəqəmsal müraciət imkanları, eləcə də şəffaflıq, operativlik və vətəndaşyönümlü dövlət xidməti modelinin formalaşdırılması üzrə davam edən fəaliyyətlərin əhəmiyyəti xüsusi qeyd olunub.

Qeyd edək ki, “Global Brand Magazine” beynəlxalq səviyyədə dövlət idarəçiliyi, innovasiya, korporativ transformasiya və institusional inkişaf sahələrində fəaliyyət göstərən qurumların qiymətləndirilməsi üzrə ən nüfuzlu beynəlxalq platformalardan biri hesab olunur.

Əldə olunan bu beynəlxalq uğur Azərbaycanın mədəni irs sahəsində həyata keçirdiyi dövlət siyasətinin möhkəm ənənələr, təkmil idarəetmə, innovasiya və dayanıqlı inkişaf prinsiplərinə əsaslandığını, ölkədə bu istiqamətdə nümunəvi idarəetmə modelinin formalaşdırılmasını nümayiş etdirir.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

“Bakı–Xankəndi” Azərbaycan velosiped yarışının üçüncü mərhələsinin medalçıları mükafatlandırılıb

Next

Rusiya Ukraynaya qarşı hərbi əməliyyatları bərpa edib

Copyright 2026— Praqraf.com. All rights reserved