Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/İDMAN/Azərbaycan şahmatçıları Astanada türkdilli ölkələr arasında açıq çempionata qatılacaqlar
İDMAN

Azərbaycan şahmatçıları Astanada türkdilli ölkələr arasında açıq çempionata qatılacaqlar

12 May 2026 1 Min Read
PAYLAŞIN:

Azərbaycan şahmatçıları Qazaxıstanın paytaxtı Astanada türkdilli ölkələr arasında açıq çempionatda iştirak edəcəklər.

Azərbaycan Şahmat Federasiyasından Paraqraf.com-a verilən məlumata görə, mayın 14-dən 17-dək keçiriləcək yarışda Azərbaycanla yanaşı, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Türkiyə və Özbəkistan şahmatçıları mübarizə aparacaqlar.

Kişi şahmatçılardan ibarət Azərbaycan komandasında Əhməd Əhmədzadə, Misrətdin İskəndərov, Xəzər Babazadə, Şiroğlan Talıbov və Murad İbrahimli çıxış edəcəklər. Komandanın kapitanı Qədir Hüseynov olacaq.

Qadınlardan ibarət komandanın heyətinə Ülviyyə Fətəliyeva, Günay Məmmədzadə, Gövhər Beydullayeva, Xanım Balacayeva və Gülnar Məmmədova dəvət ediliblər. Kapitan kimi İlahə Qədimova təsdiqlənib.

Turnirdə eyni zamanda 16 yaşlılar arasında çempionat keçiriləcək. U-16 turnirində Azərbaycanı kapitan Fərid Abbasovun rəhbərliyi altında Xaqan Əhməd, Şəmsi Qaraxanov, Paşam Əlizadə və Lalə Hüseynova təmsil edəcəklər.

Reqlamentə əsasən, 45 dəqiqədən ibarət partiyalarda hər gedişə 30 saniyə əlavə olunacaq. Yarışda ümumilikdə 7 tur oynanılacaq.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

“Sabah” və “Zirə” komandaları 31-ci dəfə üz-üzə gələcəklər

Next

Azərbaycanın qadınlardan ibarət voleybol millisi Macarıstana təlim-məşq toplanışına yollanıb

Copyright 2026— Praqraf.com. All rights reserved