Skip to content
14 May 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2026
  • May
  • 12
  • Azərbaycan mədəni irs sahəsində qlobal innovasiya liderləri sırasında yer alıb

Azərbaycan mədəni irs sahəsində qlobal innovasiya liderləri sırasında yer alıb

admin 12 May 2026 2 minutes read
O8KMRC0fIpR8RI7KotFgrhfM1txNoQHwkyUfpGWT_1200
PAYLAŞIN:

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti Böyük Britaniyanın nüfuzlu nəşri “Global Brand Magazine” tərəfindən təşkil olunan beynəlxalq müsabiqədə “İrsin qorunmasında ən yaxşı dövlət innovasiyası” nominasiyası üzrə qalib elan olunub.

Bu barədə Paraqraf.com-a Mədəniyyət Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, Dövlət Xidmətinə mükafatın təqdim edilməsində əsas meyarlar kimi “Vahid Mədəniyyət Reyestri” informasiya sisteminin yaradılması, 3000-dən çox daşınmaz mədəni irs nümunəsi üzrə məlumatların vahid rəqəmsal platformaya inteqrasiyası istiqamətində fəaliyyətlər, Qarabağ və Şərqi Zəngəzurda tarix və mədəniyyət abidələri üzrə genişmiqyaslı inventarlaşdırma və qiymətləndirmə işlərinin aparılması mühüm əhəmiyyət kəsb edib.

Bu çərçivədə Coğrafi İnformasiya Sistemi, dron və peyk texnologiyalarının tətbiqi, “MyCulture” vahid şəxsi kabinet sistemi üzərindən rəqəmsal müraciət imkanları, eləcə də şəffaflıq, operativlik və vətəndaşyönümlü dövlət xidməti modelinin formalaşdırılması üzrə davam edən fəaliyyətlərin əhəmiyyəti xüsusi qeyd olunub.

Qeyd edək ki, “Global Brand Magazine” beynəlxalq səviyyədə dövlət idarəçiliyi, innovasiya, korporativ transformasiya və institusional inkişaf sahələrində fəaliyyət göstərən qurumların qiymətləndirilməsi üzrə ən nüfuzlu beynəlxalq platformalardan biri hesab olunur.

Əldə olunan bu beynəlxalq uğur Azərbaycanın mədəni irs sahəsində həyata keçirdiyi dövlət siyasətinin möhkəm ənənələr, təkmil idarəetmə, innovasiya və dayanıqlı inkişaf prinsiplərinə əsaslandığını, ölkədə bu istiqamətdə nümunəvi idarəetmə modelinin formalaşdırılmasını nümayiş etdirir.

 

Paraqraf.com 

Loading

Visited 25 times, 2 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: “Bakı–Xankəndi” Azərbaycan velosiped yarışının üçüncü mərhələsinin medalçıları mükafatlandırılıb
Next: Rusiya Ukraynaya qarşı hərbi əməliyyatları bərpa edib

OXŞAR MÖVZULAR

s1s2NTY3dAhdXK9UAFZguPnmENzlNoYaN4BON7Kd_1200

Ağakərim Səmədzadə ekologiya və təbii sərvətlər nazirinin birinci müavini təyin olunub

admin 14 May 2026
WhatsApp Image 2026-05-14 at 08.43.19

“ABŞ və Çin arasında yaxın dövrdə ticarət və investisiya sahəsində güzəştlər mümkündür” – ŞƏRH

admin 14 May 2026
KTy2NNeYZroDPFydkGPxOU52szHjhe8naHK4flYy_1200

WUF13 çərçivəsində “Dağ-mədən işlərinin şəhərsalma həllərində yeri və rolu” mövzusunda tədbir keçirilib

admin 13 May 2026

XƏBƏR LENTİ

Qazaxıstan və Türkiyə ticarət dövriyyəsini 10 milyard dollara çatdırmağı hədəfləyib jatIgN0GceAfcmLUQb57lOOxKaZNnbTruE5gHoxs_1200

Qazaxıstan və Türkiyə ticarət dövriyyəsini 10 milyard dollara çatdırmağı hədəfləyib

14 May 2026
Ukraynada iki vilayət atəşə tutulub, 2 ölü, 47 yaralı var 62d1e502-a7e0-359b-9129-b9243e2fa37c_1200

Ukraynada iki vilayət atəşə tutulub, 2 ölü, 47 yaralı var

14 May 2026
Hindistanda güclü fırtına nəticəsində 90-a yaxın insan ölüb U3FUr9d3GzTqRstzg9EbTjYaNdflChDg0t5JCHCY_1200

Hindistanda güclü fırtına nəticəsində 90-a yaxın insan ölüb

14 May 2026
Astanada Tokayev və Ərdoğanın görüşü keçirilir IvpW11mkfaNaXhjZuHYMR8p177RzieNT4Tw18jrt_1200

Astanada Tokayev və Ərdoğanın görüşü keçirilir

14 May 2026
Si Cinpin ABŞ və Çin arasında Tayvanla bağlı münaqişə riski barədə xəbərdarlıq edib qiViSUN5RkPBY0cciDttVRR86IUIGJPwCxQc9VVY_1200

Si Cinpin ABŞ və Çin arasında Tayvanla bağlı münaqişə riski barədə xəbərdarlıq edib

14 May 2026
Tramp: ABŞ və Çin fikir ayrılıqlarını qısa zamanda həll edirlər 1778734282

Tramp: ABŞ və Çin fikir ayrılıqlarını qısa zamanda həll edirlər

14 May 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.