Skip to content
11 May 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2026
  • May
  • 11
  • WUF13-də təşkil olunacaq Biznes və İnnovasiya Mərkəzinin proqramı açıqlanıb

WUF13-də təşkil olunacaq Biznes və İnnovasiya Mərkəzinin proqramı açıqlanıb

admin 11 May 2026 3 minutes read
kb9lkdKAjSR2NKCJjj9F0athHEuClBhQaVIXUchS_1200
PAYLAŞIN:

Bakı şəhərində keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) mənzil təminatı sahəsində innovativ yanaşmaları təşviq etmək məqsədilə Biznes və İnnovasiya Mərkəzini təqdim edir.

Paraqraf.com xəbər verir ki, bu mərkəz öz xüsusi proqramı vasitəsilə şəhərsalma prosesinin bütün mərhələlərini (dəyər zənciri) əhatə edən praktik həlləri, icra üsullarını və tərəfdaşlıq əlaqələrini ön plana çıxaracaq.

Mərkəz WUF13-ün “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusu çərçivəsində qlobal mənzil böhranına cavab verən yanaşmaların inkişafına dəstək verəcək və əsas diqqəti innovasiya, investisiya və icra məsələlərinə yönəldəcəkdir.

Biznes və İnnovasiya Mərkəzinin əsas məqsədləri mənzil təminatının real təcrübədə necə həyata keçirildiyini göstərmək və səmərəli əməkdaşlıq və əlaqələndirmə üçün bir platforma yaratmaqdır. Proqram innovativ mənzil təminatı və əsas xidmətlər üzrə həll yollarının inkişafı ilə məşğul olan özəl sektor nümayəndələrini və digər maraqlı tərəfləri bir araya gətirəcək.

Şəhərsalma üzrə dəyər zənciri fəaliyyətdə

Biznes və İnnovasiya Mərkəzinin səhnəsində “Şəhərsalma dəyər zəncirinin praktik tətbiqi” mövzusunda 15 sessiya keçiriləcək.

Bu interaktiv sessiyalarda dayanıqlı şəhərsalma və layiqli mənzil təminatının tərəfdaşlar, şirkətlər və biznes assosiasiyaları tərəfindən həyata keçirilən real layihələr və təcrübələr sayəsində necə inkişaf etdirildiyi nümayiş etdiriləcək. Özəl sektoru bütün müxtəlifliyi ilə əks etdirən Mərkəz irimiqyaslı şirkətlərdən tutmuş kiçik və orta biznes müəssisələri, startaplar və biznes assosiasiyalarına qədər geniş iştirakçı auditoriyasını ehtiva etməklə yanaşı, innovasiya, texnologiya və şəhərsalma problemləri ilə bağlı yeni yanaşmaları ön plana çıxaracaq.

Mərkəz həmçinin şəhərlər, investorlar və biliklərini təcrübədə tətbiq edən mütəxəssislər arasında mübadiləni təşviq edərək ideyaların icra yönümlü yanaşmalara çevrilməsinə və şəhərsalma üzrə dəyər zənciri sahəsində əməkdaşlığın gücləndirilməsinə töhfə verəcək.

Startap layihələrinə və yeni subyektlərə dəstək

Həmçinin, Biznes və İnnovasiya Mərkəzində yeni yaradılmış şirkətlərin və gənc sahibkarların öz innovasiyalarını nümayiş etdirmələri üçün xüsusi məkan – Startap Pavilyonu təqdim olunacaq.

Bütün dünya üzrə 10 ölkədən seçilmiş 14 startap layihəsinin iştirakı etdiyi bu Pavilyonun məqsədi yeni subyektlərin səsinə səs vermək və həm mənzil təminatının, həm də şəhərsalma problemlərinin həlli üçün miqyaslanan ideyaları ön plana çıxarmaqdır.

 

Paraqraf.com 

Loading

Visited 4 times, 4 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Prezident: Bu gün Azərbaycan ərazisində hər qarış torpaq xalqımıza məxsusdur
Next: WUF13-də Startap Pavilyonu təqdim olunacaq

OXŞAR MÖVZULAR

IMG-20260511-WA0006

İqtisadçı: “Kartdan-karta şəxsi köçürmələrə vergi tətbiqi ilə bağlı rəsmi qərar yoxdur”

admin 11 May 2026
IMG-20260511-WA0004

Çıxarışsız mənzillərlə bağlı narahatedici məqamlar üzə çıxdı

admin 11 May 2026
IMG-20260511-WA0003

ADY və ekspertdən açıqlama: “Ödənişli sistem antisanitar halların qarşısını almağa hesablanıb”

admin 11 May 2026

XƏBƏR LENTİ

İqtisadçı: “Kartdan-karta şəxsi köçürmələrə vergi tətbiqi ilə bağlı rəsmi qərar yoxdur” IMG-20260511-WA0006

İqtisadçı: “Kartdan-karta şəxsi köçürmələrə vergi tətbiqi ilə bağlı rəsmi qərar yoxdur”

11 May 2026
Çıxarışsız mənzillərlə bağlı narahatedici məqamlar üzə çıxdı IMG-20260511-WA0004

Çıxarışsız mənzillərlə bağlı narahatedici məqamlar üzə çıxdı

11 May 2026
ADY və ekspertdən açıqlama: “Ödənişli sistem antisanitar halların qarşısını almağa hesablanıb” IMG-20260511-WA0003

ADY və ekspertdən açıqlama: “Ödənişli sistem antisanitar halların qarşısını almağa hesablanıb”

11 May 2026
Tünzalə Ağayeva “Yenidən başlayaq” söylədi – VİDEO IMG_7137

Tünzalə Ağayeva “Yenidən başlayaq” söylədi – VİDEO

11 May 2026
Aİ bu il Türkiyədəki qaçqınlara dəstək məqsədilə 20 milyon avro ayıracaq 119139

Aİ bu il Türkiyədəki qaçqınlara dəstək məqsədilə 20 milyon avro ayıracaq

11 May 2026
Mərakeşdə təlimlər zamanı itkin düşmüş amerikalı hərbçinin meyiti tapılıb vdBX6fw6zSL5t7gaMV6wi9byPMdCYT6PziJ1x4jQ_1200

Mərakeşdə təlimlər zamanı itkin düşmüş amerikalı hərbçinin meyiti tapılıb

11 May 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.