Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/DÜNYA/Starmer istefa çağırışlarını rədd edib
DÜNYA

Starmer istefa çağırışlarını rədd edib

11 May 2026 1 Min Read
PAYLAŞIN:

Böyük Britaniyanın Baş naziri Kir Starmer Leyboristlər Partiyası daxilində artan təzyiqlər fonunda istefasına dair çağırışları rədd edib və tənqidçilərinin haqsız olduğunu sübut etmək niyyətində olduğunu bildirib.

Bu barədə Paraqraf.com “Sky News”a istinadən xəbər verir.

O qeyd edib ki, son seçkilərin nəticələri partiya üçün ağır olub və bir sıra güclü nümayəndələrin itirilməsinə gətirib çıxarıb. O baş verənlərə görə məsuliyyəti öz üzərinə götürür, lakin vəzifəsindən getmək fikrində deyil.

Starmer həmçinin qeyd edib ki, partiya daxilində və ictimaiyyət arasında onun liderliyinə şübhə edənlər var, lakin o, əvvəllər də bu cür tənqidlərlə qarşılaşıb və hər dəfə bunun əsassız olduğunu sübut edib. Onun sözlərinə görə, o, Leyboristlər Partiyasını yenidən qurmağı və 2019-cu il parlament seçkilərindəki məğlubiyyətdən sonra onu qələbəyə çatdırmağı bacarıb.

Baş nazir bildirib ki, hazırkı hökumət 2024-cü il seçkilərində əldə edilən mandatı reallaşdırmalı və vəd olunan islahatları həyata keçirməlidir. O vurğulayıb ki, Böyük Britaniya “əvvəlki mühafizəkarlar hökumətinin xaos dövrünə qayıtmamalıdır” və diqqətini öz proqramının icrasına cəmləşdirəcəyinə söz verib.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Hakan Fidan regiondakı vəziyyətlə əlaqədar Qətərə gedəcək

Next

Böyük Britaniya Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirib

Copyright 2026— Praqraf.com. All rights reserved