Mərakeşdə keçirilən “Afrika aslanı” təlimlərində itkin düşdüyü bildirilən iki amerikalı hərbi qulluqçudan birinin meyiti axtarış-xilasetmə əməliyyatı zamanı tapılıb.
Paraqraf.com-un xəbərinə görə, bu barədə Mərakeşin Silahlı Qüvvələrinin komandanlığı məlumat verib.
Məlumata görə, axtarış Mərakeş ordusunun bölmələri və ABŞ hərbçiləri tərəfindən birgə aparılıb.
Meyit ölkənin cənubundakı Kap-Draa bölgəsindəki qayalıq ərazinin yaxınlığında tapılıb.
Ordunun məlumatına görə, qalıqlar müəyyən edilmiş prosedurlara uyğun olaraq helikopterlə Qelmimdəki hərbi xəstəxananın morquna aparılıb.
İtkin düşmüş ikinci amerikalı hərbi qulluqçunun axtarışı davam edir.
Paraqraf.com
![]()
Visited 2 times, 2 visit(s) today
