Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/MANŞET/İqtisadçı: “Kartdan-karta şəxsi köçürmələrə vergi tətbiqi ilə bağlı rəsmi qərar yoxdur”
MANŞETÖZƏL

İqtisadçı: “Kartdan-karta şəxsi köçürmələrə vergi tətbiqi ilə bağlı rəsmi qərar yoxdur”

11 May 2026 1 Min Read
PAYLAŞIN:

Son dövrlərdə kartdan-karta ödənişlər geniş yayılıb. Bu isə nağd ödəniş edənlərin sayının azalmasına səbəb olur. Son günlər sosial şəbəkələrdə “vətəndaşlar kartdan-karta ödəniş edərkən onlardan vergi tutulacaq” kimi fikirlər səsləndirilir. Bu da vətəndaşlar arasında narahatlıq yaradır.

İqtisadçı-ekspert Bella Bəşirova “Paraqraf.com”a bildirib ki, hazırda ölkədə şəxsi məqsədlərlə edilən adi köçürmələrə, ailə üzvlərinə pul göndərilməsi, borcun qaytarılması, hədiyyə və ya gündəlik şəxsi ödənişlərə görə ayrıca vergi tətbiq olunmur:

“Vergi məsələsi daha çox sistemli və davamlı şəkildə kommersiya fəaliyyəti həyata keçirən şəxslərlə bağlı gündəmə gəlir. Yəni bir şəxs kart hesabı üzərindən mütəmadi şəkildə mal satışı və ya xidmət fəaliyyəti göstərir, lakin bunu rəsmi şəkildə qeydiyyata almırsa, həmin əməliyyatlar gəlir kimi qiymətləndirilə və qanunvericiliyə uyğun vergi öhdəliyi yarada bilər.

Burada əsas məqsəd adi vətəndaşın şəxsi köçürmələrini vergiyə cəlb etmək deyil, kölgə iqtisadiyyatının qarşısını almaq, qeyri-rəsmi ticarət dövriyyəsini şəffaflaşdırmaq və vergidən yayınma hallarını azaltmaqdır. Dünyanın bir çox ölkəsində də oxşar nəzarət mexanizmləri tətbiq olunur.

Buna görə vətəndaşların panikaya düşməsinə əsas yoxdur. Şəxsi və gündəlik istifadə xarakterli kart köçürmələrinin vergiyə cəlb olunması ilə bağlı rəsmi qərar açıqlanmayıb. Lakin sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin fəaliyyətlərini qanunvericiliyə uyğun rəsmiləşdirməsi vacib olaraq qalır”.

 

Kəmalə Vəliyeva

Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Çıxarışsız mənzillərlə bağlı narahatedici məqamlar üzə çıxdı

Next

Ermənistanın yeni protektorat axtarışı: Rusiyadan Fransaya siyasi asılılıq

Copyright 2026— Praqraf.com. All rights reserved