Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/CƏMİYYƏT/Riyaziyyat elminə həsr olunan ömür: professor Vaqif İbrahimovun zəngin elmi fəaliyyəti
CƏMİYYƏTMANŞET

Riyaziyyat elminə həsr olunan ömür: professor Vaqif İbrahimovun zəngin elmi fəaliyyəti

10 May 2026 2 Min Read
PAYLAŞIN:

Mayın 9-u Azərbaycan elminin görkəmli nümayəndələrindən biri, AMEA-nın müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor Vaqif İbrahimov Vaqif Rza oğlu İbrahimovun doğum günüdür. Bu münasibətlə dəyərli alimimizi səmimi qəlbdən təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür və gələcək elmi-pedaqoji fəaliyyətində yeni uğurlar arzulayırıq.

Vaqif İbrahimov 1947-ci il mayın 9-da Naxçıvanın Babək rayonunun Cəhri kəndində anadan olmuşdur. O, 1964-cü ildə Cəhri kənd orta məktəbini bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Mexanika-riyaziyyat fakültəsinə daxil olmuş və 1969-cu ildə həmin fakültəni uğurla başa vurmuşdur. Elə həmin ildən universitetin Hesablama riyaziyyatı kafedrasında əmək fəaliyyətinə başlamışdır.

1970–1972-ci illərdə Sovet Ordusunda xidmət edən Vaqif İbrahimov hərbi xidmətdən sonra elmi fəaliyyətini davam etdirmiş, aspirantura təhsili almışdır. O, uzun illər Bakı Dövlət Universitetinin Hesablama riyaziyyatı kafedrasında müxtəlif vəzifələrdə çalışmış, 2001–2006-cı illərdə kafedra müdiri olmuş, 2006-cı ildən isə professor kimi fəaliyyətini davam etdirmişdir. 2004–2011-ci illərdə Bakı Dövlət Universitetinin prorektoru vəzifəsində çalışaraq ali təhsil sisteminin inkişafına mühüm töhfələr vermişdir.

Professor Vaqif İbrahimov 1980-ci ildə namizədlik, 2004-cü ildə isə doktorluq dissertasiyalarını müdafiə etmişdir. Onun elmi fəaliyyəti əsasən adi diferensial, inteqral və inteqro-diferensial tənliklərin həlli üçün yüksək dəqiqlikli və dayanıqlı çoxaddımlı üsulların işlənib hazırlanmasına həsr olunmuşdur.

Alimin elmi tədqiqatlarının əsas istiqamətlərindən biri Obreşkov tipli çoxaddımlı üsulların nəzəri əsaslarının qurulması və onların praktik tətbiq imkanlarının genişləndirilməsidir. O, diferensial tənliklərin ədədi həlli sahəsində mühüm nəticələr əldə etmiş, Dalkvist baryeri ilə bağlı klassik yanaşmalara yeni baxış formalaşdırmışdır. Vaqif İbrahimov tərəfindən irəliyə qaçma üsullarının perspektivli olduğu elmi şəkildə sübut edilmiş, yüksək dəqiqliyə malik yeni proqnoz-korreksiya üsulları işlənmişdir.

Professorun tədqiqatları yalnız nəzəri əhəmiyyət daşımır, həm də praktik hesablamalar baxımından mühüm nəticələr verir. Onun təklif etdiyi üsullar Volter tipli inteqral və inteqro-diferensial tənliklərin həllində hesablama prosesini daha səmərəli etmiş, hər addımda hesablama yükünün sabit qalmasını təmin etmişdir. Bu istiqamətdə əldə olunan nəticələr müasir tətbiqi riyaziyyatın aktual problemlərinin həllində böyük əhəmiyyət daşıyır.

Vaqif İbrahimov həmçinin hibrid üsulların inkişafı istiqamətində mühüm elmi məktəb formalaşdırmışdır. O, çoxaddımlı və biraddımlı üsulların üstünlüklərini birləşdirən yeni yanaşmalar təklif etmiş, onların yüksək dəqiqlik və dayanıqlılıq xüsusiyyətlərini nəzəri cəhətdən əsaslandırmışdır.

Alimin elmi nailiyyətləri beynəlxalq səviyyədə də yüksək qiymətləndirilmişdir. O, Fransa, Hollandiya, Kanada, Almaniya, İngiltərə, Yunanıstan, Macarıstan, İran, Özbəkistan və digər ölkələrdə keçirilən beynəlxalq konfranslarda Azərbaycan riyaziyyat elmini uğurla təmsil etmişdir. Amerika və Avropa Riyaziyyat cəmiyyətlərinin üzvü olan professor Vaqif İbrahimov dünya elmi ictimaiyyətində tanınan alimlərdən biridir.

Professor Vaqif İbrahimov ölkəmizdə elmi-pedaqoji kadrların hazırlanmasında da böyük xidmətlər göstərmişdir. O, uzun illərdir Bakı Dövlət Universitetində tələbələrə dərin məzmunlu mühazirələr oxuyur, magistrant və doktorantların elmi rəhbəri kimi fəaliyyət göstərir.

2009-cu ildə “Əməkdar müəllim” fəxri adına layiq görülən alim 2017-ci ildə AMEA-nın müxbir üzvü seçilmişdir. O, 177 elmi əsərin, dərslik, monoqrafiya və metodik vəsaitlərin müəllifidir.

Azərbaycan elminin inkişafında müstəsna xidmətləri olan professor Vaqif İbrahimovun həyat yolu elmə, təhsilə və milli ziyalılıq ənənələrinə sədaqətin parlaq nümunəsidir. Onun zəngin elmi irsi və yetişdirdiyi gənc tədqiqatçılar Azərbaycan riyaziyyat məktəbinin gələcək inkişafına mühüm töhfələr verməkdə davam edir.

 

Misir Mərdənov

AMEA-nın müxbir üzvü, professor
fizika riyaziyyat elmləri doktoru

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

İlham Əliyev: Şuşanın işğaldan azad olunması ilə Ermənistan ordusunun beli qırılmışdı

Next

Prezident: Bu gün Azərbaycan ərazisində hər qarış torpaq xalqımıza məxsusdur

Copyright 2026— Praqraf.com. All rights reserved