Skip to content
11 May 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2026
  • May
  • 10
  • Riyaziyyat elminə həsr olunan ömür: professor Vaqif İbrahimovun zəngin elmi fəaliyyəti

Riyaziyyat elminə həsr olunan ömür: professor Vaqif İbrahimovun zəngin elmi fəaliyyəti

admin 10 May 2026 5 minutes read
696242455_989574550252898_2964777198974858917_n
PAYLAŞIN:

Mayın 9-u Azərbaycan elminin görkəmli nümayəndələrindən biri, AMEA-nın müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor Vaqif İbrahimov Vaqif Rza oğlu İbrahimovun doğum günüdür. Bu münasibətlə dəyərli alimimizi səmimi qəlbdən təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür və gələcək elmi-pedaqoji fəaliyyətində yeni uğurlar arzulayırıq.

Vaqif İbrahimov 1947-ci il mayın 9-da Naxçıvanın Babək rayonunun Cəhri kəndində anadan olmuşdur. O, 1964-cü ildə Cəhri kənd orta məktəbini bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Mexanika-riyaziyyat fakültəsinə daxil olmuş və 1969-cu ildə həmin fakültəni uğurla başa vurmuşdur. Elə həmin ildən universitetin Hesablama riyaziyyatı kafedrasında əmək fəaliyyətinə başlamışdır.

1970–1972-ci illərdə Sovet Ordusunda xidmət edən Vaqif İbrahimov hərbi xidmətdən sonra elmi fəaliyyətini davam etdirmiş, aspirantura təhsili almışdır. O, uzun illər Bakı Dövlət Universitetinin Hesablama riyaziyyatı kafedrasında müxtəlif vəzifələrdə çalışmış, 2001–2006-cı illərdə kafedra müdiri olmuş, 2006-cı ildən isə professor kimi fəaliyyətini davam etdirmişdir. 2004–2011-ci illərdə Bakı Dövlət Universitetinin prorektoru vəzifəsində çalışaraq ali təhsil sisteminin inkişafına mühüm töhfələr vermişdir.

Professor Vaqif İbrahimov 1980-ci ildə namizədlik, 2004-cü ildə isə doktorluq dissertasiyalarını müdafiə etmişdir. Onun elmi fəaliyyəti əsasən adi diferensial, inteqral və inteqro-diferensial tənliklərin həlli üçün yüksək dəqiqlikli və dayanıqlı çoxaddımlı üsulların işlənib hazırlanmasına həsr olunmuşdur.

Alimin elmi tədqiqatlarının əsas istiqamətlərindən biri Obreşkov tipli çoxaddımlı üsulların nəzəri əsaslarının qurulması və onların praktik tətbiq imkanlarının genişləndirilməsidir. O, diferensial tənliklərin ədədi həlli sahəsində mühüm nəticələr əldə etmiş, Dalkvist baryeri ilə bağlı klassik yanaşmalara yeni baxış formalaşdırmışdır. Vaqif İbrahimov tərəfindən irəliyə qaçma üsullarının perspektivli olduğu elmi şəkildə sübut edilmiş, yüksək dəqiqliyə malik yeni proqnoz-korreksiya üsulları işlənmişdir.

Professorun tədqiqatları yalnız nəzəri əhəmiyyət daşımır, həm də praktik hesablamalar baxımından mühüm nəticələr verir. Onun təklif etdiyi üsullar Volter tipli inteqral və inteqro-diferensial tənliklərin həllində hesablama prosesini daha səmərəli etmiş, hər addımda hesablama yükünün sabit qalmasını təmin etmişdir. Bu istiqamətdə əldə olunan nəticələr müasir tətbiqi riyaziyyatın aktual problemlərinin həllində böyük əhəmiyyət daşıyır.

Vaqif İbrahimov həmçinin hibrid üsulların inkişafı istiqamətində mühüm elmi məktəb formalaşdırmışdır. O, çoxaddımlı və biraddımlı üsulların üstünlüklərini birləşdirən yeni yanaşmalar təklif etmiş, onların yüksək dəqiqlik və dayanıqlılıq xüsusiyyətlərini nəzəri cəhətdən əsaslandırmışdır.

Alimin elmi nailiyyətləri beynəlxalq səviyyədə də yüksək qiymətləndirilmişdir. O, Fransa, Hollandiya, Kanada, Almaniya, İngiltərə, Yunanıstan, Macarıstan, İran, Özbəkistan və digər ölkələrdə keçirilən beynəlxalq konfranslarda Azərbaycan riyaziyyat elmini uğurla təmsil etmişdir. Amerika və Avropa Riyaziyyat cəmiyyətlərinin üzvü olan professor Vaqif İbrahimov dünya elmi ictimaiyyətində tanınan alimlərdən biridir.

Professor Vaqif İbrahimov ölkəmizdə elmi-pedaqoji kadrların hazırlanmasında da böyük xidmətlər göstərmişdir. O, uzun illərdir Bakı Dövlət Universitetində tələbələrə dərin məzmunlu mühazirələr oxuyur, magistrant və doktorantların elmi rəhbəri kimi fəaliyyət göstərir.

2009-cu ildə “Əməkdar müəllim” fəxri adına layiq görülən alim 2017-ci ildə AMEA-nın müxbir üzvü seçilmişdir. O, 177 elmi əsərin, dərslik, monoqrafiya və metodik vəsaitlərin müəllifidir.

Azərbaycan elminin inkişafında müstəsna xidmətləri olan professor Vaqif İbrahimovun həyat yolu elmə, təhsilə və milli ziyalılıq ənənələrinə sədaqətin parlaq nümunəsidir. Onun zəngin elmi irsi və yetişdirdiyi gənc tədqiqatçılar Azərbaycan riyaziyyat məktəbinin gələcək inkişafına mühüm töhfələr verməkdə davam edir.

 

Misir Mərdənov

AMEA-nın müxbir üzvü, professor
fizika riyaziyyat elmləri doktoru

Loading

Visited 7 times, 4 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: İlham Əliyev: Şuşanın işğaldan azad olunması ilə Ermənistan ordusunun beli qırılmışdı

OXŞAR MÖVZULAR

f099c14efed47ad2d1e4e7b9a494357a

İlham Əliyev: Şuşanın işğaldan azad olunması ilə Ermənistan ordusunun beli qırılmışdı

admin 10 May 2026
smf029cB6Ju8yNsmsoLNT0vBNKXkhdnZzaA7837K_1200

İlham Əliyev: Ulu Öndərin Azərbaycan tarixində həlledici rolu bizim yaddaşımızdan heç vaxt silinməyəcək

admin 10 May 2026
ugPf9uPWeLpKFn7Oobbo5An2Pzxcsje3rw8DQABw_1200

İlham Əliyev: Nə qədər ki, Ermənistanda Azərbaycana nifrət hissi ilə yaşayan siyasi qüvvələr var, biz ayıq olmalıyıq

admin 10 May 2026

XƏBƏR LENTİ

Riyaziyyat elminə həsr olunan ömür: professor Vaqif İbrahimovun zəngin elmi fəaliyyəti 696242455_989574550252898_2964777198974858917_n

Riyaziyyat elminə həsr olunan ömür: professor Vaqif İbrahimovun zəngin elmi fəaliyyəti

10 May 2026
İlham Əliyev: Şuşanın işğaldan azad olunması ilə Ermənistan ordusunun beli qırılmışdı f099c14efed47ad2d1e4e7b9a494357a

İlham Əliyev: Şuşanın işğaldan azad olunması ilə Ermənistan ordusunun beli qırılmışdı

10 May 2026
İlham Əliyev: Ulu Öndərin Azərbaycan tarixində həlledici rolu bizim yaddaşımızdan heç vaxt silinməyəcək smf029cB6Ju8yNsmsoLNT0vBNKXkhdnZzaA7837K_1200

İlham Əliyev: Ulu Öndərin Azərbaycan tarixində həlledici rolu bizim yaddaşımızdan heç vaxt silinməyəcək

10 May 2026
İlham Əliyev: Nə qədər ki, Ermənistanda Azərbaycana nifrət hissi ilə yaşayan siyasi qüvvələr var, biz ayıq olmalıyıq ugPf9uPWeLpKFn7Oobbo5An2Pzxcsje3rw8DQABw_1200

İlham Əliyev: Nə qədər ki, Ermənistanda Azərbaycana nifrət hissi ilə yaşayan siyasi qüvvələr var, biz ayıq olmalıyıq

10 May 2026
Prezident: Bizdən Ermənistanı qorumaq lazım deyil, biz istədiyimizə nail olmuşuq cHRAIpwlUDY5JxpjzzLWNkJzSMeKgPlz8o7ExlGc_1200

Prezident: Bizdən Ermənistanı qorumaq lazım deyil, biz istədiyimizə nail olmuşuq

10 May 2026
İlham Əliyev: Heydər Əliyevin ən böyük arzusu doğma torpaqlarımızın işğaldan azad olunması idi lKqzgE1fg39gZe0rGyfMB1cA9b3SJmXfMgodoSkW_1200

İlham Əliyev: Heydər Əliyevin ən böyük arzusu doğma torpaqlarımızın işğaldan azad olunması idi

10 May 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.