İndoneziyanın Şimali Maluku əyalətindəki Dukono vulkanı yaxınlığında aparılan axtarış əməliyyatı, davam edən vulkan fəaliyyəti və güclü yağışlar səbəbindən çətinləşir.
Paraqraf.com-un “Reuters”ə istinadən verdiyi məlumata görə, bu barədə yerli axtarış və xilasetmə agentliyinin rəhbəri İvan Ramdani açıqlama verib.
Onun sözlərinə görə, əməliyyata təxminən 150 xilasedici, eləcə də termal görüntüləmə kameraları olan iki dron cəlb edilib. Əsas axtarış krater kənarından təxminən 100-150 metr aralıda yerləşən ərazidə aparılır.
Vulkan 8 mayda püskürməyə başlayıb və 10 kilometr hündürlüyə qədər kül sütununu püskürüb. O vaxtdan bəri, daha kiçik miqyasda olsa da, fəaliyyət davam edir. Krater sahəsi hələ də vulkan külü ilə örtülüdür.
Xilasedicilər itkin düşmüş iki sinqapurluya məxsus olduğu güman edilən çantaları tapıblar. Polisin məlumatına görə, sağ qalan turistlər digər iki nəfərin ölmüş ola biləcəyini bildiriblər.
Paraqraf.com
![]()
