Skip to content
10 May 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2026
  • May
  • 10
  • İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir

İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir

admin 10 May 2026 4 minutes read
vcrMyLIl9JHkUewu0sAyUSCTZ7RD9RXvLojLEtuT_1200 (1)
PAYLAŞIN:

Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir.

Paraqraf.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Slovakiyanın Baş naziri Robert Fitsonun “X” sosial media hesabında etdiyi paylaşıma eyni platformada verdiyi cavabda qeyd edib.

“Əziz Robert, Azərbaycan haqqında doğru və dəyərli sözlərinizə görə təşəkkür edirəm. Tərəfdaşlığımızı yüksək qiymətləndirirəm, Slovakiyaya səfərim zamanı qonaqpərvərliyə görə bir daha təşəkkür edirəm və tezliklə sizi Bakıda görməyi səbirsizliklə gözləyirəm”, – İlham Əliyev bildirib.

Qeyd edək ki, R. Fitso sözügedən paylaşımında mayın 4-də Ermənistanın paytaxtı İrəvan şəhərində keçirilən “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısında videobağlantı formatında çıxış edən Azərbaycan Prezidentinin Avropa Parlamenti ilə bağlı mövqeyini dəstəkləyib.

“Prezident Əliyev Avropa Parlamentinin yalan yaymaq və başqalarının işinə qarışmaq əvəzinə, ilk növbədə, Avropanın öz problemləri ilə məşğul olmalı olduğunu bildirərək həqiqəti deyib”, – Slovakiyanın Baş naziri qeyd edib.

Xatırladaq ki, Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısında Avropa Parlamenti ilə Avropa Şurası Parlament Assambleyasını (AŞPA) tənqid edib.

“Nümayəndə heyətimizə 2024-cü ilin yanvarına qədər Avropa Şurasında heç zaman məhdudiyyətlər tətbiq edilməmişdi. 2023-cü ilin sentyabrında Azərbaycan Qarabağda separatçılığa son qoydu. Biz BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi və 30 il kağız üzərində qalan 4 qətnaməsini özümüz icra etdik. Dörd ay sonra AŞPA nümayəndə heyətimizə sanksiyalar tətbiq etdi. Əfsuslar olsun ki, ikili standartlar bu gün sanki AŞPA-nın iş təlimatıdır. Azərbaycanın ərazi bütövlüyü istənilən digər ölkənin ərazi bütövlüyü qədər eyni dəyərə malikdir. Bu məsələdə ikili standartlar qəbuledilməzdir”, – İlham Əliyev AŞPA barədə deyib.

Prezident həmçinin Avropa Parlamentinin sülh prosesinə dəstək vermək əvəzinə, ona qarşı sabotajla məşğul olduğunu diqqətə çatdırıb:

“İkinci Qarabağ müharibəsi bitdikdən cəmi altı ay sonra – 2021-ci ilin mayından 2026-cı ilin aprelin 30-na qədər Avropa Parlamenti Azərbaycanla bağlı təhqir və yalanlarla dolu 14 qətnamə qəbul edib. Sadəcə, təsəvvür edin: beş il ərzində 14 qətnamə aludəçilikdir. Ən sonuncusu cəmi dörd gün əvvəl – bilərəkdən Zirvə görüşü ərəfəsində qəbul edildi. Avropa Parlamenti ksenofobiya, islamofobiya, antisemitizm, miqrasiya, rəqabətçilik, evsiz insanların məsələsi kimi fundamental problemləri həll etmək əvəzinə, böhtan və yalan yayaraq Azərbaycanı hədəfə alır. Səbəb isə odur ki, Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa edib, separatçılığa son qoyub və müharibə cinayətkarlarını ədalət mühakiməsinə cəlb edib. Cavab olaraq Azərbaycan parlamenti mayın 1-də Avropa Parlamenti ilə bütün sahələrdə əməkdaşlığı dayandırmaq, Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlığı Komitəsinin işində iştirakına son qoymaq və Avronest Parlament Assambleyasında üzvlüyün dayandırılmasına aid prosedurlara başlamaqla bağlı rəsmi qərar qəbul edib. Nəzərə alsaq ki, “Avropa Siyasi Birliyi”nin Zirvə görüşlərində biz öz fikirlərimizlə və narahatlıq doğuran məsələlərlə açıq şəkildə mübadilə edirik, mən, sadəcə, bu halda baş verənlər barədə həmkarlarımızı məlumatlandırmaq istədim ki, son qərarla bağlı səhv informasiya və manipulyasiya olmasın”.

 

Paraqraf.com 

Loading

Visited 2 times, 2 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Ombudsman: Ulu Öndər Heydər Əliyevin hüquq siyasətində insan amili daim mərkəzdə dayanıb
Next: İlham Əliyev Zəngilan şəhərində sakinlərlə görüşüb, “Zangilan City Park Hotel”in təməlini qoyub

OXŞAR MÖVZULAR

f099c14efed47ad2d1e4e7b9a494357a

İlham Əliyev: Şuşanın işğaldan azad olunması ilə Ermənistan ordusunun beli qırılmışdı

admin 10 May 2026
smf029cB6Ju8yNsmsoLNT0vBNKXkhdnZzaA7837K_1200

İlham Əliyev: Ulu Öndərin Azərbaycan tarixində həlledici rolu bizim yaddaşımızdan heç vaxt silinməyəcək

admin 10 May 2026
ugPf9uPWeLpKFn7Oobbo5An2Pzxcsje3rw8DQABw_1200

İlham Əliyev: Nə qədər ki, Ermənistanda Azərbaycana nifrət hissi ilə yaşayan siyasi qüvvələr var, biz ayıq olmalıyıq

admin 10 May 2026

XƏBƏR LENTİ

İlham Əliyev: Şuşanın işğaldan azad olunması ilə Ermənistan ordusunun beli qırılmışdı f099c14efed47ad2d1e4e7b9a494357a

İlham Əliyev: Şuşanın işğaldan azad olunması ilə Ermənistan ordusunun beli qırılmışdı

10 May 2026
İlham Əliyev: Ulu Öndərin Azərbaycan tarixində həlledici rolu bizim yaddaşımızdan heç vaxt silinməyəcək smf029cB6Ju8yNsmsoLNT0vBNKXkhdnZzaA7837K_1200

İlham Əliyev: Ulu Öndərin Azərbaycan tarixində həlledici rolu bizim yaddaşımızdan heç vaxt silinməyəcək

10 May 2026
İlham Əliyev: Nə qədər ki, Ermənistanda Azərbaycana nifrət hissi ilə yaşayan siyasi qüvvələr var, biz ayıq olmalıyıq ugPf9uPWeLpKFn7Oobbo5An2Pzxcsje3rw8DQABw_1200

İlham Əliyev: Nə qədər ki, Ermənistanda Azərbaycana nifrət hissi ilə yaşayan siyasi qüvvələr var, biz ayıq olmalıyıq

10 May 2026
Prezident: Bizdən Ermənistanı qorumaq lazım deyil, biz istədiyimizə nail olmuşuq cHRAIpwlUDY5JxpjzzLWNkJzSMeKgPlz8o7ExlGc_1200

Prezident: Bizdən Ermənistanı qorumaq lazım deyil, biz istədiyimizə nail olmuşuq

10 May 2026
İlham Əliyev: Heydər Əliyevin ən böyük arzusu doğma torpaqlarımızın işğaldan azad olunması idi lKqzgE1fg39gZe0rGyfMB1cA9b3SJmXfMgodoSkW_1200

İlham Əliyev: Heydər Əliyevin ən böyük arzusu doğma torpaqlarımızın işğaldan azad olunması idi

10 May 2026
Prezident İlham Əliyev Zəngilan şəhərindəki ilk yaşayış kompleksinə köçən ailələrlə görüşüb h0jAfLb8aPdBe2etuwen8TIa8Xe24V1S4RjluUWB_1200

Prezident İlham Əliyev Zəngilan şəhərindəki ilk yaşayış kompleksinə köçən ailələrlə görüşüb

10 May 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.