Skip to content
10 May 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2026
  • May
  • 10
  • Hantavirusun yayıldığı “MV Hondius” gəmisinin sərnişinləri “yüksək riskli” qrupa daxil edilib

Hantavirusun yayıldığı “MV Hondius” gəmisinin sərnişinləri “yüksək riskli” qrupa daxil edilib

admin 10 May 2026 2 minutes read
aKjJATVOQx6oRovUOMt4nrBgEfQxzbXQAweJC51t_1200
PAYLAŞIN:

Ölümcül hantavirus infeksiyası yayılmış “MV Hondius” kruiz gəmisinin bütün sərnişinlərinə profilaktik məqsədlərlə yüksək riskli təmasda olan şəxslər kimi baxılır.

Paraqraf.com xəbər verir ki, bu barədə Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarəti Mərkəzinin (ECDC) gəminin İspaniyanın Tenerife adasında lövbər salması ərəfəsində dərc edilmiş operativ tövsiyələrində deyilir.

Məlumata görə, xəstəlik əlamətləri olmayan sərnişinlər xüsusi təşkil edilmiş nəqliyyatla öz ölkələrinə qaytarılmalı və ardınca özünü təcrid etməlidirlər. Eyni zamanda, adi kommersiya aviareyslərindən istifadə nəzərdə tutulmur.

Gözlənilir ki, ölkələr Qrinviç vaxtı ilə təxminən 06:30–07:00-da vətəndaşlarının “MV Hondius” gəmisindən təxliyəsinə başlayacaqlar.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, gəmidə səkkiz nəfər xəstələnib, onlardan üçü vəfat edib. Ölənlər arasında Niderlanddan olan ər-arvad və Almaniya vətəndaşı var. Xəstələnənlərin altısında hantavirus laborator şəraitdə təsdiqlənib, daha iki hal isə şübhəli olaraq nəzərdən keçirilir.

ECDC-dən vurğulanıb ki, gəmidən enərkən bütün sərnişinlər yüksək riskli təmaslar hesab ediləcəklər. Lakin yaşadıqları ölkələrə qayıtdıqdan sonra tibbi qiymətləndirmənin nəticələrindən asılı olaraq bu statusa yenidən baxıla bilər.

Xəstəlik simptomları olan sərnişinlərin müayinə və testlərə yönləndirilməsi tövsiyə olunur. Vəziyyətlərindən asılı olaraq onlar Tenerifedə təcrid oluna və ya tibbi kanallarla vətənlərinə təxliyə edilə bilərlər.

Hantavirus insana gəmiricilərdən keçir. İnsandan insana keçmə nadir hallarda qeydə alınır. Sanitariya xidmətlərinin qiymətləndirməsinə görə, infeksiyanın yayılması riski aşağı olaraq qalır.

 

Paraqraf.com 

Loading

Visited 3 times, 3 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: İran ABŞ sanksiyalarını dəstəkləyən ölkələrin gəmilərinin Hörmüzdən keçidini bloklayacaq
Next: Heydər Əliyev zirvəsinə ənənəvi yürüş təşkil olunub

OXŞAR MÖVZULAR

xy0W9PQP8pxoQnvhmpxmQvSTqu26mPCi5L74EwHS_1200

İran ABŞ sanksiyalarını dəstəkləyən ölkələrin gəmilərinin Hörmüzdən keçidini bloklayacaq

admin 10 May 2026
jfqLKQbS5xAadPphvQhSfpsNQuXnDw4RCaI9VKli_1200

İran ordusu ABŞ və İsraili yeni silahlarla hədələyib

admin 10 May 2026
3jgMwZpcIGaT3es1EqCdhTB9SMF4N7Dm5m2aJRLN_1200

Pakistanda polis məntəqəsinə edilən hücumda ölənlərin sayı 12 nəfərə çatıb

admin 10 May 2026

XƏBƏR LENTİ

İlham Əliyev: Şuşanın işğaldan azad olunması ilə Ermənistan ordusunun beli qırılmışdı f099c14efed47ad2d1e4e7b9a494357a

İlham Əliyev: Şuşanın işğaldan azad olunması ilə Ermənistan ordusunun beli qırılmışdı

10 May 2026
İlham Əliyev: Ulu Öndərin Azərbaycan tarixində həlledici rolu bizim yaddaşımızdan heç vaxt silinməyəcək smf029cB6Ju8yNsmsoLNT0vBNKXkhdnZzaA7837K_1200

İlham Əliyev: Ulu Öndərin Azərbaycan tarixində həlledici rolu bizim yaddaşımızdan heç vaxt silinməyəcək

10 May 2026
İlham Əliyev: Nə qədər ki, Ermənistanda Azərbaycana nifrət hissi ilə yaşayan siyasi qüvvələr var, biz ayıq olmalıyıq ugPf9uPWeLpKFn7Oobbo5An2Pzxcsje3rw8DQABw_1200

İlham Əliyev: Nə qədər ki, Ermənistanda Azərbaycana nifrət hissi ilə yaşayan siyasi qüvvələr var, biz ayıq olmalıyıq

10 May 2026
Prezident: Bizdən Ermənistanı qorumaq lazım deyil, biz istədiyimizə nail olmuşuq cHRAIpwlUDY5JxpjzzLWNkJzSMeKgPlz8o7ExlGc_1200

Prezident: Bizdən Ermənistanı qorumaq lazım deyil, biz istədiyimizə nail olmuşuq

10 May 2026
İlham Əliyev: Heydər Əliyevin ən böyük arzusu doğma torpaqlarımızın işğaldan azad olunması idi lKqzgE1fg39gZe0rGyfMB1cA9b3SJmXfMgodoSkW_1200

İlham Əliyev: Heydər Əliyevin ən böyük arzusu doğma torpaqlarımızın işğaldan azad olunması idi

10 May 2026
Prezident İlham Əliyev Zəngilan şəhərindəki ilk yaşayış kompleksinə köçən ailələrlə görüşüb h0jAfLb8aPdBe2etuwen8TIa8Xe24V1S4RjluUWB_1200

Prezident İlham Əliyev Zəngilan şəhərindəki ilk yaşayış kompleksinə köçən ailələrlə görüşüb

10 May 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.