Gürcüstanda müasir müstəqil Azərbaycan dövlətinin banisi Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə silsilə anım tədbirləri keçirilir.
Paraqraf.com-un məlumatına görə, mayın 10-da Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, səfirlik əməkdaşları, SOCAR-ın Gürcüstan nümayəndəliyinin əməkdaşları, iş adamları, jurnalistlər və ictimaiyyət nümayəndələri Ümummilli Liderin Tbilisi şəhərindəki Heydər Əliyev adına parkda yerləşən abidəsini ziyarət ediblər.
Daha sonra Ulu Öndərin Rustavi şəhərindəki abidəsi də ziyarət olunub.
Hər iki şəhərdə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə əklillər qoyulub, gül dəstələri düzülüb, onun xatirəsi ehtiramla yad edilib.
Paraqraf.com
![]()
Visited 2 times, 2 visit(s) today
