Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/MANŞET/Dövlət Agentliyində Ümummilli Liderin anadan olmasının 103-cü ildönümü ilə bağlı tədbir keçirilib
MANŞET

Dövlət Agentliyində Ümummilli Liderin anadan olmasının 103-cü ildönümü ilə bağlı tədbir keçirilib

10 May 2026 1 Min Read
PAYLAŞIN:

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyində Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə tədbir keçirilib.

Bu barədə Paraqraf.com-a agentlikdən məlumat verilib.

Bildirilib ki, tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin büstünün önünə əklil qoyaraq əziz xatirəsinə ehtiramlarını nümayiş etdiriblər. Agentliyin inzibati binasında dahi rəhbərin zəngin dövlətçilik irsini, genişmiqyaslı siyasi və ictimai fəaliyyətini əks etdirən xüsusi stendlərlə tanışlıq keçirilib.

Tədbirin rəsmi hissəsinin başlanğıcında Ulu Öndərin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxış edənlər Ulu Öndərin Azərbaycanda dövlətçilik ənənələrinin formalaşdırılması və möhkəmləndirilməsi, ictimai-siyasi sabitliyin bərqərar edilməsi, ordu quruculuğu, iqtisadi inkişafın təmin olunması və digər istiqamətlərdə misilsiz xidmətlər göstərdiyini vurğulayıblar. Qeyd olunub ki, Ulu Öndərin rəhbərliyi ilə həyata keçirilən iqtisadi islahatlar və təməli qoyulan “Əsrin müqaviləsi” kimi qlobal layihələr Azərbaycanın bugünkü dinamik inkişafının əsasını təşkil edir.

Tədbir çərçivəsində “Ümummilli Lider Heydər Əliyevin enerji strategiyası” və “Heydər Əliyev – sabitliyə gedən yol” mövzularında məruzələr dinlənilib.

Sonda dahi şəxsiyyətin həyat və fəaliyyətindən bəhs edən “İz” sənədli filmi nümayiş olunub.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Zəngilanın Ağalı kəndində yığılan meyvələr xarici bazarlara çıxarılır

Next

Xocalıda ağacəkmə aksiyası keçirilib

Copyright 2026— Praqraf.com. All rights reserved