Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/MANŞET/Dövlət Xidmətində Ümummilli Lider Heydər Əliyevə həsr edilən silsilə tədbirlər təşkil olunub
MANŞET

Dövlət Xidmətində Ümummilli Lider Heydər Əliyevə həsr edilən silsilə tədbirlər təşkil olunub

10 May 2026 2 Min Read
PAYLAŞIN:

Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) tərəfindən bir sıra tədbirlər təşkil olunub.

Paraqraf.com xidmətə istinadən xəbər verir ki, XRİTDX-nin rəisi general-leytenant İlqar Musayev və şəxsi heyət Fəxri xiyabanı ziyarət edib, müasir müstəqil Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, Ulu Öndərin məzarı önünə əklil və gül dəstələri qoyulmuşdur.

Eyni zamanda, görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri düzülüb.

Tədbirlər çərçivəsində XRİTDX-nin şəxsi heyəti Heydər Əliyev Mərkəzini ziyarət edib. Ziyarət zamanı Ulu Öndərin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən sənədlər, şəkillər və eksponatlarla tanış olunub, həmçinin “Azərbaycan inciləri: tarixin axarında” sərgisinə baxış keçirilib.

Bununla yanaşı, şəxsi heyətin Ümummilli Lider Heydər Əliyevin həyat yolu, siyasi fəaliyyəti və dövlətçilik irsi barədə daha ətraflı məlumatlandırılması məqsədilə Tarix İnstitutunun elmi işlər üzrə direktor müavini, “Azərbaycan Respublikası tarixi” şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, Qərb Universitetinin fəxri professoru Cəbi Bəhramov ilə görüş keçirilib. Görüş zamanı Cəbi Bəhramov Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, milli maraqların qorunması və ölkənin inkişafı istiqamətində həyata keçirdiyi uzaqgörən siyasət barədə danışıb, həmçinin Ulu Öndərin həyat və fəaliyyətinə dair ətraflı məlumat verib.

Eləcə də xidmətin inzibati binasında Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbirdə çıxış edən XRİTDX-nin rəis müavini general-mayor Allahverən İsmayılov Ulu Öndərin müasir Azərbaycanın inkişafı və dövlətçiliyimizin möhkəmləndirilməsi istiqamətində həyata keçirdiyi misilsiz xidmətlərdən, milli təhlükəsizlik və dövlət idarəçiliyi sahəsində müəyyənləşdirdiyi strateji kursdan bəhs edib.

Tədbirdə iştirak edən digər çıxışçılar da Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı tarixi xidmətlərindən danışaraq onun siyasi irsinin bu gün də ölkəmizin inkişafında mühüm rol oynadığını vurğulayıb.

Sonda Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş olunub.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Tacikistanda Ulu Öndər Heydər Əliyevin xatirəsi anılıb

Next

İlham Əliyev Zəngilan şəhərində inşa olunmuş ilk yaşayış kompleksinin açılışında iştirak edib

Copyright 2026— Praqraf.com. All rights reserved