Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/DÜNYA/“Caribbean Princess” gəmisində 100-dən çox insan norovirusa yoluxub
DÜNYA

“Caribbean Princess” gəmisində 100-dən çox insan norovirusa yoluxub

10 May 2026 1 Min Read
PAYLAŞIN:

Atlantik okeanında “Caribbean Princess” kruiz gəmisində mədə-bağırsaq infeksiyası olan norovirusun yayılması qeydə alınıb.

Paraqraf.com ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzlərinin (CDC) məlumatına əsasən xəbər verir ki, hadisə 7 may tarixində qeydə alınıb.

Qurum bildirib ki, gəmidə 3100-dən çox sərnişin və heyət üzvü var. Artıq 115 nəfərdə qusma və ishal da daxil olmaqla xəstəliyin simptomları qeydə alınıb.

Gəmi administrasiyası artıq sanitar-epidemioloji tədbirlər görüb: yoluxanlar təcrid olunub, laboratoriya analizləri üçün nümunələr toplanır və ərazidə gücləndirilmiş dezinfeksiya işləri aparılır. Təyinat limanına çatdıqdan sonra gəmi növbəti səfərindən əvvəl tam dezinfeksiya prosesindən keçəcək.

Xatırladaq ki, norovirus infeksiyası mədə-bağırsaq traktına təsir edən və kəskin qastroenteritə səbəb olan geniş yayılmış bir virus xəstəliyidir.

İnfeksiya dünyanın bütün bölgələrində baş verir: həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan ölkələrdə yetkinlərin 50-70%-də norovirusa qarşı antikorlar aşkar edilir.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Yaxın Şərq münaqişəsi qlobal bazarda sulfat turşusu çatışmazlığına səbəb olub

Next

İran Hörmüzdən sui-istifadə etməyə başlayıb

Copyright 2026— Praqraf.com. All rights reserved