Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/DÜNYA/Tramp ABŞ-nin təkliflərinə İrandan cavab gözləyir
DÜNYA

Tramp ABŞ-nin təkliflərinə İrandan cavab gözləyir

09 May 2026 1 Min Read
PAYLAŞIN:

ABŞ Prezidenti Donald Tramp bildirib ki, yaxın saatlarda Vaşinqtonun münaqişənin həlli ilə bağlı təkliflərinə İrandan cavab ala bilər.

Paraqraf.com-un məlumatına görə, bu barədə o, Ağ Evin Cənub çəmənliyində jurnalistlərə bildirib.

“Yəqin ki, bu axşam məktub alacağam. Görək necə olacaq”, – Tramp deyib.

Daha əvvəl İranın Xarici İşlər Nazirliyinin nümayəndəsi İsmayıl Bəqai “Tasnim” agentliyinə bildirib ki, Tehran hələ ABŞ-nin razılaşma sazişi təklifinə cavab verməyib.

Xatırladaq ki, 2026-cı il fevralın 28-də ABŞ və İsrail bir sıra şəhərlərə aviazərbələr endirərək İrana qarşı hərbi əməliyyata başlayıblar. Buna cavab olaraq İran İsrail ərazisinə raket zərbələri endirib və ABŞ-nin Fars körfəzi ölkələrindəki hərbi bazalarına hücum edib.

Aprelin 8-nə keçən gecə İran, ABŞ və onların müttəfiqləri iki həftəlik atəşkəs barədə razılığa gəliblər. Aprelin 11–12-də İslamabadda Pakistanın vasitəçiliyi ilə İran və ABŞ arasında danışıqlar keçirilib. Uzun çəkən müzakirələrdən sonra tərəflər görüşü razılaşma əldə etmədən başa vurublar. ABŞ Prezidenti Donald Tramp aprelin 22-də atəşkəs rejiminin müddətsiz xarakter daşıdığını elan edib.

Lakin saziş bağlamaq üçün Tehrana təzyiq vasitəsi kimi ABŞ İran limanlarının və Hörmüz boğazından keçidin blokadaya alındığını elan edib. İran, Hörmüzün Fars körfəzi ölkələrinə gedən gəmilər üçün artıq bağlandığını bildirib. Regiondakı vəziyyət isə dünya enerji böhranına səbəb olub.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

ABŞ İran hərbçilərinə yardım göstərən 10 şəxs və şirkətə sanksiya tətbiq edib

Next

Almaniya böhran əleyhinə min avroluq ödənişlə bağlı qanun layihəsini bloklayıb

Copyright 2026— Praqraf.com. All rights reserved