Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/CƏMİYYƏT/Fuad Rəsul: Talassemiya ilə mübarizə gələcək nəsillərin müdafiəsidir – AÇIQLAMA
CƏMİYYƏT

Fuad Rəsul: Talassemiya ilə mübarizə gələcək nəsillərin müdafiəsidir – AÇIQLAMA

09 May 2026 2 Min Read
PAYLAŞIN:
Hər il mayın 8-i Beynəlxalq Talassemiya Günü kimi qeyd olunur. Bu günün əsas məqsədi cəmiyyəti talassemiya xəstəliyi barədə məlumatlandırmaq, erkən diaqnostikanın və profilaktikanın əhəmiyyətini diqqətə çatdırmaq, həmçinin bu xəstəlikdən əziyyət çəkən insanlara dəstək göstərməkdir.
Bu barədə jurnalistlərə Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzinin İdarə Heyətinin sədri Fuad Rəsul məlumat verib.
O bildirib ki, talassemiya irsi qan xəstəliyidir. Bu xəstəlik zamanı orqanizmdə hemoqlobinin yaranması pozulur və nəticədə qanazlığı meydana çıxır. Talassemiya əsasən valideynlərdən uşaqlara genetik yolla ötürülür. Xəstəliyin ağır formalarında uşaqlar mütəmadi qan köçürülməsinə ehtiyac duyurlar.
Mütəxəssislərin fikrincə, talassemiyanın qarşısını almağın ən təsirli yolu nikahdan əvvəl tibbi müayinələrin aparılması və genetik məsləhət xidmətlərindən istifadə olunmasıdır.
Fuad Rəsul talassemiyanın əsas əlamətlərini də açıqlayıb. Onun sözlərinə görə, halsızlıq və yorğunluq, dəri rənginin solğunlaşması, inkişaf geriliyi, nəfəs darlığı və immun sisteminin zəifləməsi xəstəliyin əsas əlamətləri hesab olunur. Xəstəliyin ağır forması vaxtında müalicə olunmadıqda ciddi sağlamlıq problemlərinə səbəb ola bilər.
Fuad Rəsul qeyd edib ki, Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzi olaraq talassemiyaya qarşı mübarizə istiqamətində mühüm addımlar atılır. İl ərzində Mərkəz tərəfindən müxtəlif maarifləndirici tədbirlər, könüllü qanvermə aksiyaları və sosial layihələr həyata keçirilir.
O bildirib ki, sağlam cəmiyyətin formalaşması üçün gənclərin maarifləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Talassemiya daşıyıcısı olan şəxslərin vaxtında müəyyən edilməsi gələcək nəsillərin sağlamlığı baxımından vacibdir.
Fuad Rəsul həmçinin vurğulayıb ki, Beynəlxalq Talassemiya Günü yalnız tibbi maarifləndirmə deyil, eyni zamanda həmrəylik günüdür. Bu gün cəmiyyət talassemiya xəstələrinə və onların ailələrinə mənəvi dəstək göstərir, onların həyat keyfiyyətinin yaxşılaşdırılması üçün diqqətin artırılmasına çağırış edir.
O əlavə edib ki, Azərbaycanda talassemiya və digər irsi qan xəstəlikləri ilə mübarizə sahəsində dövlət tərəfindən həyata keçirilən ardıcıl tədbirlər, yaradılan müasir tibbi infrastruktur, qan banklarının fəaliyyəti və donor hərəkatına göstərilən xüsusi diqqət bu istiqamətdə mühüm nəticələrin əldə olunmasına səbəb olub. Dövlətimizin bu sahəyə göstərdiyi xüsusi diqqət və qayğı talassemiya xəstələrinin müalicəsinin təşkilində, onların qan təminatının gücləndirilməsində və sağlam gələcəyin qorunmasında mühüm rol oynayır.
Sonda Fuad Rəsul bildirib ki, sağlam gələcək naminə hər bir insan müayinələrə məsuliyyətlə yanaşmalı, talassemiya haqqında məlumatlı olmalı və maarifləndirmə işinə dəstək verməlidir.
 




Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

İki xalqın qəhrəmanlıq simvolu – Albert Aqarunovun əbədiyaşar salnaməsi – FOTOLAR

Next

Heydər Əliyev və müasir Azərbaycan tarixi

Copyright 2026— Praqraf.com. All rights reserved