Ukrayna Silahlı Qüvvələrinin pilotsuz uçuş aparatının (PUA) “Aeronaviqasiya”nın inzibati binasına düşməsi səbəbindən Rusiyanın cənubundakı 13 hava limanının fəaliyyəti dayandırılıb.
Paraqraf.com xəbər verir ki, bu barədə Rusiya KİV-ləri RF Nəqliyyat Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat yayıb.
“Rusiyanın cənubunda hava hərəkətini idarə edən Rostovdakı regional mərkəzin fəaliyyəti Ukrayna PUA-larının “Cənubi Rusiyanın Aeronaviqasiyası” filialının inzibati binasına düşməsi səbəbindən müvəqqəti olaraq tənzimlənib”, – məlumatda deyilir.
Məlumata görə, “Cənubi Rusiyanın Aeronaviqasiyası” filialının heyəti təhlükəsiz yerdədir. Hazırda avadanlığın işləmə qabiliyyətinin təhlili aparılır.
Paraqraf.com
![]()
Visited 2 times, 2 visit(s) today
