Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/MANŞET/Dövlət Komitəsində Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü qeyd edilib
MANŞET

Dövlət Komitəsində Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü qeyd edilib

08 May 2026 2 Min Read
PAYLAŞIN:

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.

Bu barədə Paraqraf.com-a komitədən məlumat verilib.

Bildirilib ki, Dövlət Komitəsinin sədri Rövşən Rzayev tədbiri giriş sözü ilə açıb. Müstəqil və müasir Azərbaycan dövlətinin qurucusu, dahi şəxsiyyət Heydər Əliyevin xalqın qarşısında tarixi xidmətlərini qeyd edən, onun siyasi-strateji xəttinin davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın böyük nailiyyətlər qazandığını diqqətə çatdıran Dövlət Komitəsinin sədri bu amilin Azərbaycanın hərtərəfli inkişafı üçün mühüm əhəmiyyət daşıdığını bildirib.

Qeyd olunub ki, müstəqil Azərbaycan dövlətçiliyinin təhlükədə olduğu bir vaxtda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev ölkəni parçalanmaqdan xilas edib. Milli birlik və həmrəylik üçün fədakarlıqla çalışan Ulu Öndər torpaqların işğaldan azad olunacağına dair hər zaman sarsılmaz inam nümayiş etdirib, həmçinin qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılmasını və sosial müdafiəsini dövlətin ali hədəfi kimi müəyyənləşdirib.

Bildirilib ki, Ulu Öndərin arzularının gerçəkləşdirilib: torpaqlar işğaldan azad edilib, ölkənin ərazi bütövlüyü və dövlət suverenliyi tam təmin olunub. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Qarabağın və Şərqi Zəngəzurun işğaldan azad edilmiş ərazilərində genişmiqyaslı bərpa və quruculuq işləri aparılır, keçmiş məcburi köçkünlərin mərhələli şəkildə könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurda qayıdışı həyata keçirilir. Hazırda həmin ərazilərdə yaşayanların, işləyənlərin və təhsil alanların sayı 80 min nəfərdən çoxdur.

Böyük Qayıdışa, azad edilmiş ərazilərdə mədəni-mənəvi irsin bərpasında Heydər Əliyev Fondunun fəal dəstək verdiyi, Fondun rəhbəri, Birinci vitse-prezident Mehriban xanım Əliyevin istər məcburi köçkünlərə daim diqqət və qayğı göstərdiyi diqqətə çatdırılıb.

Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynov və komitənin Təşkilat-nəzarət və analitika şöbəsinin müdiri Nizami Hüseynov tədbirdə çıxış edərək, Ulu Öndər Heydər Əliyevin həyatı, şəxsiyyəti və möhtəşəm dövlətçilik fəaliyyəti barədə danışıblar.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Azərbaycanda terror fəaliyyəti ilə bağlı yeni cəzalar təsdiqlənib

Next

Bakıda Azərbaycan və Türkiyə radioelektron mübarizə bölmələrinin birgə təlimi keçirilib

Copyright 2026— Praqraf.com. All rights reserved