Skip to content
08 May 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2026
  • May
  • 8
  • Azərbaycanın 28 güləşçisi qitə birinciliyində yarışacaq

Azərbaycanın 28 güləşçisi qitə birinciliyində yarışacaq

admin 08 May 2026 2 minutes read
R4ckDhYMQyXs2qPqENS2kZCJp9uQrnUPzeDsnmof_1200
PAYLAŞIN:

Azərbaycanın 28 güləşçisi mayın 11-dən 17-dək Bolqarıstanın Samakov şəhərində keçiriləcək U-17 Avropa çempionatında iştirak edəcək.

Azərbaycan Güləş Federasiyasından Paraqraf.com-a verilən məlumata görə, qitə birinciliyində açılışı yunan-Roma güləşi üzrə millinin üzvləri edəcək.

Böyük məşqçi Rafiq Hüseynov, məşqçilər Kamran Məmmədov, Zöhrab Abbasov və Müşviq Məmmədovun rəhbərliyi altında Əli Cavadlı (45 kq), Ömər Salmanov (48 kq), Hüseyn Mustafazadə (51 kq), Qurban Məcnunov (55 kq), Elmir Çərkəzov (60 kq), Orxan Həbibli (65 kq), Əli Məmmədov (71 kq), Zəka Yusubov (80 kq), Zöhrab Səfərov (92 kq) və Məhəmməd Mustafayev (110 kq) mübarizəyə start verəcək.

Daha sonra estafet qadın güləşinə keçəcək. Böyük məşqçi Mariya Stadnik və məşqçi Solmaz Adilovanın rəhbərliyi altında Gülxanım Şirinova (40 kq), Nuray Cəfərli (46 kq), Xədicə Qurbanzadə (49 kq), Fatimə Bayramova (53 kq), Məryəm Əmrəli (57 kq), Fidan Babayeva (61 kq), Nuray Həsənli (65 kq) və Simurə Abdullayeva (69 kq) çıxış edəcək.

Yarışın sonlarında böyük məşqçi Əsgərxan Novruzov, məşqçilər Vahid Məmmədov, Yaşar Əliyev və Allahverdi Vəliyevin rəhbərliyi altında Tunar Həsənov (45 kq), Hüseyn Rzazadə (48 kq), İbrahim Həsənov (51 kq), Abbas Şəfiyev (55 kq), Vahid Məmmədov (60 kq), Rəşid Nazarov (65 kq), Tunar Quliyev (71 kq), Nihad Süleymanlı (80 kq), Elgün Kərimli (92 kq) və Hakim Tağıyev (110 kq) uğur qazanmağa çalışacaq.

“Samokov Arena”da keçiriləcək yarışda gündüz seansının görüşləri Bakı vaxtı ilə saat 11:30-da, axşam seansının qarşılaşmaları isə 19:00-da başlayacaq.

Qeyd edək ki, Avropa çempionatında ədaləti I dərəcəli hakimlər Həbib Nurulu, Zaur Şərifov və Eldar Bayramov qoruyacaq.

 

Paraqraf.com 

Loading

Visited 2 times, 2 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Buraxılış imtahanında 8 nəfər maksimum bal yığıb, 3 nəfər xaric olunub
Next: Azərbaycanın U-16 millisi UEFA İnkişaf Turnirindəki ikinci oyununda da uduzub

OXŞAR MÖVZULAR

cj4pCS4nKYUwirr4Ww9bEowhj0mJHf3F4Hcoq5we_1200

Azərbaycanın U-16 millisi UEFA İnkişaf Turnirindəki ikinci oyununda da uduzub

admin 08 May 2026
7VZlb8QV1RhOkPSKigWoPuGkmeYCGNwBBEYC4Amp_1200

“Böyük Dəbilqə”: Azərbaycanın iki cüdoçusu bürünc medal uğrunda görüşə çıxacaq

admin 08 May 2026
JM9MoM4JhSI9ZRo4gPHTuiLltkvRUsFDAnLCUK7v_1200

“Neftçi”nin qadınlardan ibarət 3×3 basketbol komandası Dünya Seriyasında yarımfinala yüksəlib

admin 08 May 2026

XƏBƏR LENTİ

Azərbaycanın U-16 millisi UEFA İnkişaf Turnirindəki ikinci oyununda da uduzub cj4pCS4nKYUwirr4Ww9bEowhj0mJHf3F4Hcoq5we_1200

Azərbaycanın U-16 millisi UEFA İnkişaf Turnirindəki ikinci oyununda da uduzub

08 May 2026
Azərbaycanın 28 güləşçisi qitə birinciliyində yarışacaq R4ckDhYMQyXs2qPqENS2kZCJp9uQrnUPzeDsnmof_1200

Azərbaycanın 28 güləşçisi qitə birinciliyində yarışacaq

08 May 2026
Buraxılış imtahanında 8 nəfər maksimum bal yığıb, 3 nəfər xaric olunub kxdVRoFhYJcuIHUghKb9VHrehSP92ltxhTnKHp0h_1200

Buraxılış imtahanında 8 nəfər maksimum bal yığıb, 3 nəfər xaric olunub

08 May 2026
SOCAR Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə tədbir keçirib 1CBCDVsptXtzfRgB1JbRi7l4YX4kZj0zifMQDyFN_1200

SOCAR Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə tədbir keçirib

08 May 2026
Bakıda Azərbaycan və Türkiyə radioelektron mübarizə bölmələrinin birgə təlimi keçirilib A8e9bV5RBhyE4GBK4lxZkQYn5JofUNOF11XQceo2_1200

Bakıda Azərbaycan və Türkiyə radioelektron mübarizə bölmələrinin birgə təlimi keçirilib

08 May 2026
Dövlət Komitəsində Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü qeyd edilib WxtCvfrbQbeTtyLyuACwZpyiC9d3j7MnL9YSdv9n_1200

Dövlət Komitəsində Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü qeyd edilib

08 May 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.