Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/İQTİSADİYYAT/Azərbaycanda daha 3 beynəlxalq şirkət ƏDV məqsədi üçün vergi uçotuna alınıb
İQTİSADİYYAT

Azərbaycanda daha 3 beynəlxalq şirkət ƏDV məqsədi üçün vergi uçotuna alınıb

08 May 2026 1 Min Read
PAYLAŞIN:

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti daha 3 beynəlxalq şirkəti əlavə dəyər vergisi (ƏDV) məqsədi üçün vergi uçotuna alıb.

Paraqraf.com bu barədə quruma istinadən xəbər verir.

Məlumata görə, rəqəmsal xidmət təqdim edən İsveçrənin “Epic Games Commerce GmbH”, Almaniyanın “Contabo GmbH” və ABŞ-nin “Chess.com LLC” şirkətləri elektron ticarətin vergiyə cəlb olunması istiqamətində həyata keçirilən islahatlar çərçivəsində vergi uçotuna alınıb. Bununla da elektron qaydada vergi uçotuna alınmış rəqəmsal xidmət təqdim edən qeyri-rezidentlərin sayı 10-a çatıb. Bu isə həmin şirkətlərdən xidmət alan fiziki şəxslər üçün əlavə ƏDV tutulmasının aradan qaldırılması deməkdir. Belə ki, Vergi Məcəlləsinin 33.8-1-ci və 169.8-ci maddələrinin tələblərinə əsasən, həmin şirkətlərə edilən ödənişlər zamanı vətəndaşların vəsaiti hesabına banklar əlavə ƏDV məbləğı hesablamır.

Qeyri-rezident şirkətlərin ƏDV qeydiyyatına alınması ötən ildən başlayaraq Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsində yaradılmış xüsusi portal vasitəsilə həyata keçirilir. Beynəlxalq təcrübə nəzərə alınmaqla hazırlanmış portalın əsas məqsədi elektron ticarət xidməti göstərən transmilli şirkətlər üçün məsafədən və sadələşdirilmiş uçot imkanlarının yaradılması, onların fəaliyyət göstərdikləri və iqtisadi dəyər formalaşdırdıqları ölkədə yaranan ƏDV öhdəliklərinin bəyan edilməsini və ödənilməsini təmin etməkdir.

Bu prosesin davamlılığı istiqamətində müvafiq tədbirlər həyata keçirilir. Görülən işlər rəqəmsal xidmətlər üzrə vergitutma bazasının genişləndirilməsi, vergi inzibatçılığının təkmilləşdirilməsi və ədalətli rəqabət mühitinin formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

“Böyük Dəbilqə”: Azərbaycanın iki cüdoçusu bürünc medal uğrunda görüşə çıxacaq

Next

Azərbaycan nefti 3 %-dən çox ucuzlaşıb

Copyright 2026— Praqraf.com. All rights reserved