Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/İDMAN/Azərbaycanın 28 güləşçisi qitə birinciliyində yarışacaq
İDMAN

Azərbaycanın 28 güləşçisi qitə birinciliyində yarışacaq

08 May 2026 1 Min Read
PAYLAŞIN:

Azərbaycanın 28 güləşçisi mayın 11-dən 17-dək Bolqarıstanın Samakov şəhərində keçiriləcək U-17 Avropa çempionatında iştirak edəcək.

Azərbaycan Güləş Federasiyasından Paraqraf.com-a verilən məlumata görə, qitə birinciliyində açılışı yunan-Roma güləşi üzrə millinin üzvləri edəcək.

Böyük məşqçi Rafiq Hüseynov, məşqçilər Kamran Məmmədov, Zöhrab Abbasov və Müşviq Məmmədovun rəhbərliyi altında Əli Cavadlı (45 kq), Ömər Salmanov (48 kq), Hüseyn Mustafazadə (51 kq), Qurban Məcnunov (55 kq), Elmir Çərkəzov (60 kq), Orxan Həbibli (65 kq), Əli Məmmədov (71 kq), Zəka Yusubov (80 kq), Zöhrab Səfərov (92 kq) və Məhəmməd Mustafayev (110 kq) mübarizəyə start verəcək.

Daha sonra estafet qadın güləşinə keçəcək. Böyük məşqçi Mariya Stadnik və məşqçi Solmaz Adilovanın rəhbərliyi altında Gülxanım Şirinova (40 kq), Nuray Cəfərli (46 kq), Xədicə Qurbanzadə (49 kq), Fatimə Bayramova (53 kq), Məryəm Əmrəli (57 kq), Fidan Babayeva (61 kq), Nuray Həsənli (65 kq) və Simurə Abdullayeva (69 kq) çıxış edəcək.

Yarışın sonlarında böyük məşqçi Əsgərxan Novruzov, məşqçilər Vahid Məmmədov, Yaşar Əliyev və Allahverdi Vəliyevin rəhbərliyi altında Tunar Həsənov (45 kq), Hüseyn Rzazadə (48 kq), İbrahim Həsənov (51 kq), Abbas Şəfiyev (55 kq), Vahid Məmmədov (60 kq), Rəşid Nazarov (65 kq), Tunar Quliyev (71 kq), Nihad Süleymanlı (80 kq), Elgün Kərimli (92 kq) və Hakim Tağıyev (110 kq) uğur qazanmağa çalışacaq.

“Samokov Arena”da keçiriləcək yarışda gündüz seansının görüşləri Bakı vaxtı ilə saat 11:30-da, axşam seansının qarşılaşmaları isə 19:00-da başlayacaq.

Qeyd edək ki, Avropa çempionatında ədaləti I dərəcəli hakimlər Həbib Nurulu, Zaur Şərifov və Eldar Bayramov qoruyacaq.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Buraxılış imtahanında 8 nəfər maksimum bal yığıb, 3 nəfər xaric olunub

Next

Azərbaycanın U-16 millisi UEFA İnkişaf Turnirindəki ikinci oyununda da uduzub

Copyright 2026— Praqraf.com. All rights reserved