Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/MANŞET/Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş tədbir keçirilib
MANŞET

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş tədbir keçirilib

08 May 2026 2 Min Read
PAYLAŞIN:

Bakı Konqres Mərkəzində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının təşkilatçılığı ilə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Xalq üçün yaşanan ömür” adlı tədbir keçirilib.

Tədbirdə dövlət rəsmiləri, millət vəkilləri, mədəniyyət və incəsənət xadimləri, qeyri-hökumət təşkilatlarının təmsilçiləri, media mənsubları, həmkarlar ittifaqlarının çoxsaylı üzvləri iştirak ediblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Sonra Ulu Öndərin zəngin və mənalı həyat yolunu, müasir Azərbaycanın inkişafı naminə misilsiz xidmətlərini əks etdirən film nümayiş olunub.

Tədbirdə xalqımızı ağır sınaqlardan çıxaran, ölkəni dərin ictimai-siyasi və iqtisadi böhran vəziyyətindən xilas edən, müasir Azərbaycanın memarı Ümummilli Lider Heydər Əliyevin ölkəmizin davamlı inkişaf və tərəqqi yolunun möhkəm təməlini formalaşdırdığı, bu siyasi kursun cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi vurğulanıb.

Diqqətə çatdırılıb ki, hazırda Azərbaycanda bütün sahələr dinamik inkişaf edir, ölkəmizin beynəlxalq mövqeləri daha da möhkəmlənir, nüfuzu ildən-ilə artır. Dövlət başçısının rəhbərliyi ilə qazanılan mühüm nailiyyətlər ölkəmizin ərazi bütövlüyünün bərpa olunmasının, milli həmrəyliyin, güclü siyasi iradənin və qüdrətli dövlətçilik ənənələrinin parlaq təzahürüdür. Bu uğurların təməlində isə Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyası və milli dövlətçilik ideyaları dayanır.

Tədbirdə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın ölkəmizin sosial-iqtisadi inkişafına, milli-mənəvi dəyərlərin qorunması və təbliğinə verdiyi mühüm töhfələr xüsusi qeyd olunub, Ümummilli Liderin zəngin irsinin öyrənilməsi və geniş ictimaiyyətə çatdırılmasında Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyətinin əhəmiyyətindən danışılıb.

Tədbir Ümummilli Liderin rəğbət bəslədiyi musiqi və poeziya nümunələrindən ibarət konsert proqramı ilə davam edib. Xalq artistləri – Mənsum İbrahimov və Niyaməddin Musayev, əməkdar artistlər – Gülüstan Əliyeva, Təyyar Bayramov, Ramil Qasımov və digər tanınmış incəsənət nümayəndələrinin ifaları böyük maraqla qarşılanıb.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Prezident İlham Əliyev: Azərbaycanda etnik və dini müxtəliflik milli sərvət kimi qorunur

Next

XİN: Rusiyanın dövlət kanalında Azərbaycan xəritəsinin təhrif olunması qəbuledilməzdir

Copyright 2026— Praqraf.com. All rights reserved