Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/ELM VƏ TƏHSİL/Nazir: Təhsil yalnız bilik vermək deyil, həm də yetişən nəslin dünyagörüşünü formalaşdırmaqdır
ELM VƏ TƏHSİL

Nazir: Təhsil yalnız bilik vermək deyil, həm də yetişən nəslin dünyagörüşünü formalaşdırmaqdır

07 May 2026 1 Min Read
PAYLAŞIN:

Şagirdlərin milli-mənəvi dəyərlər və vətənpərvərlik ruhunda böyüməsi mühüm və məsuliyyətli məsələdir.

Paraqraf.com xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Ən yaxşı təqdimat” müsabiqəsinin mükafatlandırılması mərasimində çıxışında deyib.

Nazir bildirib ki, hər bir təhsil sisteminin qarşısında duran əsas məqsədlərdən biri yalnız bilik vermək deyil: “Həm də yetişən nəslin dünyagörüşünü formalaşdırmaqdır. Ayrı-ayrı fənlər üzrə bilik və bacarıqların əldə olunması vacibdir, lakin bundan daha mühüm və məsuliyyətli məsələ şagirdlərin milli-mənəvi dəyərlər və vətənpərvərlik ruhunda böyüməsidir”.

Nazir qeyd edib ki, belə müsabiqələrin ən önəmli tərəfi yalnız qaliblərin müəyyən olunması deyil: “Əslində, bu prosesdə iştirak edən hər bir insan müəyyən mənada qalib sayılır. Çünki burada iştirak etmək, özünü sınamaq, bilik və bacarıqlarını nümayiş etdirmək hər bir iştirakçı üçün mühüm təcrübədir. İnanıram ki, bu müsabiqə iştirakçılara yeni biliklər, yeni təcrübələr qazandırıb, onların şəxsi inkişafına və dünyagörüşünün formalaşmasına müsbət təsir göstərib. Bu baxımdan, müsabiqədə iştirak edən hər kəs öz uğurunu əldə etmiş hesab oluna bilər”.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Qusarda yanğın təhlükəli şadlıq sarayının fəaliyyəti dayandırılıb

Next

Sarayda avtomobil partlayıb, xəsarət alan var

Copyright 2026— Praqraf.com. All rights reserved