Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/DÜNYA/Müdafiə Nazirliyi: Pakistan istənilən təhdidə 2025-ci ildəkindən daha güclü cavab verəcək
DÜNYA

Müdafiə Nazirliyi: Pakistan istənilən təhdidə 2025-ci ildəkindən daha güclü cavab verəcək

07 May 2026 1 Min Read
PAYLAŞIN:

Pakistan ötən il Hindistanla dördgünlük silahlı münaqişənin ildönümü fonunda istənilən hücumlara sərt cavab verməyə hazır olduğunu bəyan edib.

Paraqraf.com xəbər verir ki, bu barədə xarici informasiya portalları ölkənin Müdafiə Nazirliyinin bəyanatına istinadən məlumat yayıb.

“Pakistan hərbçiləri bəyan ediblər ki, ölkəyə qarşı istənilən düşmənçilik niyyətlərinə İslamabadın “Marka-e-Haq” (“Həqiqət uğrunda döyüş”) adlandırdığı 2025-ci ilin may ayındakı hərbi əməliyyatlarda olduğundan daha böyük güc, dəqiqlik və qətiyyətlə cavab veriləcək.

Hindistan və Pakistan 2025-ci il aprelin 22-də Cəmmu və Kəşmirdə baş vermiş terror aktından sonra münaqişənin gərginləşməsində bir-birini ittiham edib.

Ötən il mayın 7-də Hindistanın Pakistan ərazisinə endirdiyi zərbələrə İslamabad pilotsuz uçuş aparatları, raketlər və artilleriya zərbələri ilə cavab verib. Hər iki tərəfdən onlarla insan həlak olub.

Mayın 10-da ABŞ-nin vasitəçiliyi ilə atəşkəsə nail olunub.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Nikol Paşinyan məzuniyyətə çıxır

Next

Rusiya istiqamətindən gələn PUA Latviyada neft bazasına düşüb

Copyright 2026— Praqraf.com. All rights reserved