Skip to content
07 May 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2026
  • May
  • 7
  • BMT-də WUF13-ə hazırlıq mövzusunda yüksəksəviyyəli tədbir keçirilib

BMT-də WUF13-ə hazırlıq mövzusunda yüksəksəviyyəli tədbir keçirilib

admin 07 May 2026 4 minutes read
gSrXoMvUJ2QMsfpdShxi42PaUZkMwcvHOGInSSTT_1200
PAYLAŞIN:

Birləşmiş Millətlər Təşkilatının (BMT) baş qərargahında “Miqrasiya dövründə təhlükəsiz, inklüziv və davamlı şəhərlərin formalaşdırılması – WUF13-ə hazırlıq” mövzusunda tədbir keçirilib.

Bu barədə Paraqraf.com-a Dövlət Miqrasiya Xidmətindən (DMX) məlumat verilib.

Bildirilib ki, tədbir II Beynəlxalq Miqrasiya İcmalı Forumu (Forum) çərçivəsində Bakıda təşkil olunacaq Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyasına (WUF13) diqqəti çəkmək məqsədilə baş tutub.

Azərbaycan, Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) və BMT-nin Məskunlaşma Proqramınının birgə təşkilatçılığı ilə reallaşan tədbir Forum çərçivəsində BMT baş qərargahında nəzərdə tutulan 18 yüksək səviyyəli əlavə tədbirdən biri kimi müəyyənləşdirilib. Tədbirin əsas məqsədi ölkədə keçiriləcək WUF13-ün qlobal təşviqinə dəstək vermək, eləcə də miqrasiya və urbanizasiya prosesləri arasındakı əlaqəni müzakirə etmək olub.

DMX rəisi Vüsal Hüseynov çıxışında Azərbaycanın həm qarşıdan gələn WUF13 tədbirinin ev sahibi ölkəsi, həm də “Çempion ölkələr” təşəbbüsünün cari il üçün həmsədri olduğunu vurğulayıb, bunun Beynəlxalq Miqrasiya İcmalı Forumu və WUF13 çərçivəsində aparılacaq müzakirələr arasında uzlaşmanın təmin edilməsi üçün müstəsna imkanlar yaratdığını bildirib. Miqrasiya və şəhərlərin idarə edilməsi arasında əlaqəyə toxunan Xidmət rəisi miqrasiyanın inkişaf potensialından istifadə imkanlarının genişləndirilməsində bu əlaqənin rolundan bəhs edib. Vüsal Hüseynov hazırki tədbirdə aparılan müzakirələrin Bakıda keçiriləcək WUF13 tədbiri zamanı davam etdiriləcəyini diqqətə çatdırıb.

Daha sonra BMqT-nin Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Artur Erkenin və BMT-nin Məskunlaşma Proqramının Nyu-York Nümayəndəliyinin rəhbəri Toni-Şaye Frekltonun mövzu üzrə çıxışları dinlənilib.

Ardınca Azərbaycanın BMT yanında daimi nümayəndəsi Tofiq Musayevin moderatorluğu ilə panel müzakirələri və interaktiv sessiya keçirilib. Hökumət və yerli idarəetmə orqanları, beynəlxalq təşkilatlar, elmi dairələr və vətəndaş cəmiyyəti nümayəndələrinin çıxışları zamanı miqrantların şəhər mühitinə inteqrasiyası, inklüziv və davamlı şəhərlərin formalaşdırılması, sosial həmrəylik və dayanıqlı inkişaf məqsədlərinə nail olunması üçün “Təhlükəsiz, nizamlı və qanuni miqrasiya üzrə Qlobal Pakt”ın (Miqrasiya üzrə Qlobal Pakt) icrasının, həmçinin bu istiqamətdə birgə səylərin əhəmiyyəti xüsusi vurğulanıb.

Bundan əlavə, Forumun ikinci günündə dəyirmi masalar çərçivəsində aparılan müzakirələrin nəticələrinə həsr olunmuş icmal xarakterli ümumi debat baş tutub. BMqT-nin baş direktorunun sədrliyi ilə keçirilən iclasda birinci dəyirmi masa çərçivəsində müzakirələrin nəticələrinə dair xülasə DMX rəisi tərəfindən təqdim olunub.

Azərbaycan nümayəndə heyətinin rəhbəri Vüsal Hüseynov həmçinin “Miqrasiya Həlləri: Niyyətdən fəaliyyətə” mövzusunda yüksək səviyyəli dialoqda panel məruzəçi qismində iştirak edib.

O, BMqT-nin baş direktoru, Niderlandın baş nazirinin müavini – sığınacaq və miqrasiya nazirinin, Banqladeşin mühacirlərin rifahı və xaricdə məşğulluq nazirinin müavini, İsveçin miqrasiya nazirinin, eləcə də digər yüksək vəzifəli rəsmilərin iştirakı ilə keçirilən tədbirdə Azərbaycanın Miqrasiya üzrə Qlobal Paktın icrası ilə bağlı çempion ölkə qismində sözügedən sənədin icrasının genişləndirilməsinə dair təcrübəsini bölüşüb, texniki və maliyyə dəstəyinin səmərəli istifadəsinin bu məqsədə çatmaqda əhəmiyyətli rol oynadığını bildirib.

 

Paraqraf.com 

Loading

Visited 2 times, 2 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Xəzər rayonunda 6 kiloqramdan çox narkotik dövriyyədən çıxarılıb
Next: Sabah Hacıqabulun 7 kəndində qaz olmayacaq

OXŞAR MÖVZULAR

Glaq7EpuJaIISEdw81CvEcm8YThfSE6K3OUBQA6j_1200

Azərbaycan və Türkiyə zirehli texnikaların modernizasiyası üzrə əməkdaşlığa başlayır

admin 07 May 2026
zuyVJ7md2VLazPBL3IGt5EyDvARnugdzyNPW4gLL_1200

Azərbaycan və Monqolustan hava əlaqəsi haqqında saziş imzalayıb

admin 07 May 2026
H2hCGiNNwsAOaRDblO2qYXwLTzcVaJ3hmSqdA6XQ_1200

Azərbaycan və Almaniya nəqliyyat sahəsində əməkdaşlığı genişləndirir

admin 07 May 2026

XƏBƏR LENTİ

“Bir ocaqda iki şairin işığı” gecəsində Tünzalə Ağayeva çıxışı ilə diqqət çəkib Screenshot

“Bir ocaqda iki şairin işığı” gecəsində Tünzalə Ağayeva çıxışı ilə diqqət çəkib

07 May 2026
“Milyonluq tankları ucuz dronlar məhv edir” – Müharibənin yeni qaydaları dəyişir IMG-20260507-WA0004

“Milyonluq tankları ucuz dronlar məhv edir” – Müharibənin yeni qaydaları dəyişir

07 May 2026
“İranın BƏƏ-yə yeni hücumu bölgədə gərginliyi artıra bilər” – Politoloqdan ŞƏRH IMG-20260507-WA0003

“İranın BƏƏ-yə yeni hücumu bölgədə gərginliyi artıra bilər” – Politoloqdan ŞƏRH

07 May 2026
“CBC Sport” “Bavariya” – PSJ matçının yayımlanmamasını texniki səbəblərlə izah edib ZxDXslolXpFw3LU2fDfwvcFtuWb8r8skTeD9FrPg_1200

“CBC Sport” “Bavariya” – PSJ matçının yayımlanmamasını texniki səbəblərlə izah edib

07 May 2026
Azərbaycan və Türkiyə zirehli texnikaların modernizasiyası üzrə əməkdaşlığa başlayır Glaq7EpuJaIISEdw81CvEcm8YThfSE6K3OUBQA6j_1200

Azərbaycan və Türkiyə zirehli texnikaların modernizasiyası üzrə əməkdaşlığa başlayır

07 May 2026
Rusiya Ukraynanın beş vilayətinə zərbələr endirib: 7 ölü, 47 yaralı var 3IWgANJ45HVVMut1MqfccsX82FGvOdG69xkf5V3O_1200

Rusiya Ukraynanın beş vilayətinə zərbələr endirib: 7 ölü, 47 yaralı var

07 May 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.