Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/İQTİSADİYYAT/Azərbaycanın 4 aylıq büdcə göstəriciləri açıqlanıb
İQTİSADİYYAT

Azərbaycanın 4 aylıq büdcə göstəriciləri açıqlanıb

07 May 2026 1 Min Read
PAYLAŞIN:

Bu ilin yanvar-aprel aylarında Azərbaycanın xəzinədarlıq orqanları 376,6 mindən çox ödəniş tapşırığı (1 il əvvələ nisbətən 14 % az) icra edib.

Paraqraf.com bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, 4 ayda icmal büdcənin gəlirləri 16 milyard 2 milyon manat, xərcləri 12 milyard 43,4 milyon manat, o cümlədən dövlət büdcəsinin gəlirləri 13 milyard 564 milyon manat (ötən ilin eyni dövrü ilə müqayisədə 2,9 % az, proqnozdan 0,7 % çox), xərcləri 10 milyard 531,1 milyon manat (1 il əvvələ nisbətən 3,9 %, proqnozdan 3,7 % az) təşkil edib.

Son nəticədə icmal büdcədə 3 milyard 958,6 milyon manat, dövlət büdcəsində isə 3 milyard 32,9 milyon manat (illik müqayisədə 1 % çox) profisit olub.

Hesabat dövründə büdcə gəlirlərində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti üzrə daxilolmalar 6 milyard 862,5 milyon manat (ötən ilin eyni dövrünə nisbətən 0,9 % az, proqnozdan 1,9 % çox), Dövlət Gömrük Komitəsi üzrə daxilolmalar 2 milyard 32,7 milyon manat (1 il əvvəllə müqayisədə 1,6 % az, proqnozdan 0,3 % çox), İqtisadiyyat Nazirliyinin Əmlak Məsələləri Dövlət Xidməti üzrə daxilolmalar 18,5 milyon manat (ötən ilin eyni dövrü ilə müqayisədə 25 %, proqnozdan 14,8 % çox), sair daxilolmalar 141,2 milyon manat (1 il əvvələ nisbətən 22,55 % az, proqnozdan 37,3 % çox), Dövlət Neft Fondundan transfert 4 milyard 280 milyon manat (dəyişməyib, proqnoza qarşı 100 %), büdcədən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar isə 229,1 milyon manat (illik müqayisədə 14,4 % çox, proqnozdan 25,3 % az) təşkil edib.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Balakən kanat yolunun inşasına başlanılıb

Next

“Bank Respublika” “Güzəştli kreditlərin təqdim olunmasında ən fəal bank” seçildi!

Copyright 2026— Praqraf.com. All rights reserved