Skip to content
06 May 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2026
  • May
  • 5
  • IELS 2025 tədqiqatında Azərbaycandan 208 təhsil müəssisəsi iştirak edib

IELS 2025 tədqiqatında Azərbaycandan 208 təhsil müəssisəsi iştirak edib

admin 05 May 2026 3 minutes read
97201
PAYLAŞIN:

IELS 2025 tədqiqatında Bakıdan 138 ümumi təhsil və 48 məktəbəqədər təhsil müəssisəsi, Sumqayıtdan isə 15 ümumtəhsil və 7 məktəbəqədər təhsil müəssisəsi daxil olmaqla, ümumilikdə 208 təhsil müəssisəsi iştirak edib.

Paraqraf.com xəbər verir ki, bunu Təhsil İnstitutunun direktoru səlahiyyətlərini müvəqqəti icra edən Elnur Əliyev Beynəlxalq Erkən Öyrənmə və Uşaq Rifahı Tədqiqatının (IELS 2025) nəticələrinə dair ekspertlər və media nümayəndələri üçün təşkil edilən məlumatlandırma sessiyasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, IELS 2025 beynəlxalq qiymətləndirmə tədqiqatının əsas mərhələsində Bakı və Sumqayıt şəhərlərindən 2731 nəfər 5 yaşlı uşaq iştirak edib. Sorğu mərhələsinə isə 2689 valideyn və 817 təhsilverən cəlb olunub:

“IELS 2025 beynəlxalq qiymətləndirmə tədqiqatının imtahan mərhələsində 1311 nəfər qız (47,9%), 1420 nəfər oğlan (52,1%) iştirak edib. IELS 2025 tədqiqatına Bakı, Sumqayıt (Azərbaycan), Seara, Para, San-Paulu (Braziliya), İngiltərə (Birləşmiş Krallıq), Flamand İcması (Belçika), Koreya, Malta, Niderland, Birləşmiş Ərəb Əmirlikləri cəlb olunub”.

Qeyd edək ki, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Beynəlxalq Erkən Öyrənmə və Uşaq Rifahı Tədqiqatı (IELS) müxtəlif ölkələrdə uşaqların erkən öyrənmə nəticələrini və onların rifahını yaxşılaşdırmaq istiqamətindəki səyləri dəstəkləmək məqsədilə hazırlanıb. Bu tədqiqat uşaqların erkən öyrənməsinin gələcəkdə müsbət nəticələrini ən yaxşı şəkildə proqnozlaşdıran sahələri əhatə edir. Erkən öyrənmə sahələri kimi idrak bacarıqları (savadlılıq və riyazi bacarıqlar), icraedici funksiyalar və sosial-emosional bacarıqlar əsas götürülür.

Tədqiqat, eyni zamanda, uşaqların fərdi xüsusiyyətləri, ev mühiti və erkən uşaqlıq təhsili, həmçinin qayğı göstərmə təcrübələri ilə bağlı mühüm kontekstual məlumatları da toplayır.

 

Paraqraf.com 

Loading

Visited 9 times, 3 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Sabah yağış yağacaq
Next: Elnur Əliyev: Alitəhsilli anaların övladları bir sıra istiqamətlər üzrə daha yüksək nəticələr göstərir

OXŞAR MÖVZULAR

YuoLvIjEwfHRRekYmdpErtYGTLFTMcGCuQpR0q4T_1200

Naxçıvanda şagird sayı 500-dən artıq olan məktəblərə yeni direktor təyinatları olub

admin 05 May 2026
qcDdstMgdEkAARgZtEuSzPr88FQyVivKzL562wEp_1200 (1)

Rezidenturaya qəbul imtahanının birinci cəhdinin nəticələri açıqlanıb

admin 04 May 2026
270a4ce6-fd6f-4d12-b280-ebde57aaf2de_1200

Subbakalavrların qeydiyyatı başlayıb

admin 04 May 2026

XƏBƏR LENTİ

SDU-nun yeni rektoru kimdir? -DOSYE IMG_6390

SDU-nun yeni rektoru kimdir? -DOSYE

05 May 2026
Ermənistan Fransa ilə strateji tərəfdaşlıq haqqında bəyannamə imzalayıb 2oeIbxjyKCPm1U6mU8ruxntTrAWrS0bEumVudYls_1200

Ermənistan Fransa ilə strateji tərəfdaşlıq haqqında bəyannamə imzalayıb

05 May 2026
Çin ABŞ-ni Kubaya qarşı sanksiyaları aradan qaldırmağa çağırıb 14KwphesNPB87uHYQxK7hB9a06MymljuhFzGpAvr_1200

Çin ABŞ-ni Kubaya qarşı sanksiyaları aradan qaldırmağa çağırıb

05 May 2026
Azərbaycandakı investisiya şirkətlərinin renkinqi (yanvar-aprel, 2026) L661lLd0SEK6vLDPDLWvjksJ0cTU5c7iY7RxT1kh_1200

Azərbaycandakı investisiya şirkətlərinin renkinqi (yanvar-aprel, 2026)

05 May 2026
Azərbaycan və Ekvador arasında ilk siyasi məsləhətləşmələr keçirilib WOWejFz1DK1fzsobOkzQBBK47Gp43A5SwOiDYBzc_1200

Azərbaycan və Ekvador arasında ilk siyasi məsləhətləşmələr keçirilib

05 May 2026
Həlak olan minatəmizləyənlərin övladlarının təhsil haqqını dövlət ödəyəcək image_870x_69d8c1c715c8a

Həlak olan minatəmizləyənlərin övladlarının təhsil haqqını dövlət ödəyəcək

05 May 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.