Skip to content
06 May 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2026
  • May
  • 5
  • İbtidai sinif müəllimi Gülər Məmmədova: “Uşaq dərsdə özünü məcbur yox, maraqla iştirak edən kimi hiss etməlidir”

İbtidai sinif müəllimi Gülər Məmmədova: “Uşaq dərsdə özünü məcbur yox, maraqla iştirak edən kimi hiss etməlidir”

admin 05 May 2026 4 minutes read
IMG_6388
PAYLAŞIN:

İbtidai siniflərdə şagirdlərin dərsə marağının azalması son illərin ən çox müzakirə olunan mövzularındandır. Texnologiyanın təsiri, fərqli psixoloji yanaşmalar və müasir tədris metodlarının rolu bu sahədə xüsusi diqqət tələb edir.

Mövzu ilə bağlı ibtidai sinif müəllimi Gülər Məmmədova ilə həmsöhbət olduq.

Paraqraf.com müsahibəni təqdim edir:

– Şagirdlərin dərsə marağını və fəallığını artırmaq üçün hansı metodlardan istifadə edirsiniz?

– Açığı, bu gün ən böyük çətinliklərdən biri uşaqların diqqətini dərsə cəlb etməkdir. Hər uşağın psixologiyası fərqlidir, üstəlik texnologiya onların diqqətini tez yayındırır. Ona görə çalışıram dərsi sadəcə “oxu-keç” formasında yox, daha maraqlı və canlı qurum.
Dərslərdə kiçik oyunlar, yarışlar təşkil edirəm, uşaqlar arasında sağlam rəqabət yaradıram. İzah zamanı isə sadə, hərəkətli və başa düşülən üsluba üstünlük verirəm. Fərqlənən uşaqları mütləq qiymətləndirirəm ki, bu həm onların, həm də digər şagirdlərin motivasiyasını artırır. Məqsədim odur ki, uşaq dərsdə özünü məcbur yox, maraqla iştirak edən kimi hiss etsin.

– Oxumağa və öyrənməyə həvəsi az olan uşaqlarla necə işləyirsiniz?

– Məncə, burada əsas məsələ fərdi yanaşmadır. Hər uşağın maraq dairəsi, qavrama səviyyəsi və motivasiyası fərqlidir. Buna görə də hərəsinə uyğun yanaşmağa çalışıram.
Ən vacib məqamlardan biri uşağa “bacarırsan” hissini yaşatmaqdır. Uşaq bunu hiss edən kimi dərsə münasibəti dəyişir və özü maraq göstərməyə başlayır. Mən də bunu təzyiqsiz, mərhələli şəkildə formalaşdırmağa çalışıram ki, uşaq özünü rahat və həvəsli hiss etsin.

– Sinifdə davranış və diqqət problemlərini necə idarə edirsiniz?

– Belə hallarda ilk növbədə sakit qalmağa və anlayışla yanaşmağa çalışıram. Sərt reaksiya uşağı daha da qapada bilər. Dərsin əvvəlində qaydaları müəyyən edirik və hamıya eyni şəkildə tətbiq edirik ki, ədalət hissi formalaşsın.
Eyni zamanda uşaqları dinləmək çox vacibdir. Bəzən problem dərsdə yox, uşağın daxili vəziyyətində olur. Onu anladıqda və düzgün ünsiyyət qurduqda, uşaq özü də sakitləşir və dərsə qoşulur. Ümumiyyətlə, mən qorxu ilə yox, hörmətlə idarə etməyə üstünlük verirəm.

– Valideynlərlə əməkdaşlığı necə qurursunuz?

– Valideynlərlə əlaqəni çox vacib hesab edirəm. Çalışıram müntəzəm ünsiyyətdə olum və yalnız problem olanda yox, uşağın uğurlarını da paylaşım.
Müəllim və valideyn eyni məqsədlə hərəkət edəndə nəticə daha effektiv olur. Bu da uşağın həm təhsilinə, həm də psixoloji vəziyyətinə müsbət təsir göstərir.

– Öz üzərinizdə necə işləyirsiniz və bu dərslərinizə necə təsir edir?

– Müəllim üçün inkişaf dayanmayan bir prosesdir. Mən də daim müxtəlif təlimlərdə iştirak edir, yeni tədris metodlarını öyrənir və texnologiyanı dərslərə necə daha effektiv tətbiq edə biləcəyimi araşdırıram.
Bu yanaşma dərslərimə də təsir edir. Daha yaradıcı və maraqlı keçirəm dərsləri. Uşaqlar da bunu hiss edir və daha həvəslə iştirak edirlər.

– Sonda oxucularımıza nə tövsiyə edərdiniz?

– Uşaqlara qarşı daha anlayışlı və səbirli olmaq lazımdır. Onları məcbur etməklə yox, maraq oyatmaqla öyrətmək daha effektivdir. Ən əsası isə hər uşağın fərqli olduğunu qəbul edib ona uyğun yanaşmaqdır.

 

Həsən Məmmədov
Paraqraf.com

Loading

Visited 112 times, 5 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Deputat Günay Ağamalı marafona 900 avroluq çanta ilə qatılıb – FOTOLAR
Next: Deputat: “Ermənistanda Konstitusiyada dəyişiklik edilməsi vacibdir”

OXŞAR MÖVZULAR

IMG_6390

SDU-nun yeni rektoru kimdir? -DOSYE

admin 05 May 2026
image_870x_69d8c1c715c8a

Həlak olan minatəmizləyənlərin övladlarının təhsil haqqını dövlət ödəyəcək

admin 05 May 2026
qThj5sehDKwkrcN9ZRZ3c5t7EdGlK2WpS3Ai3n71_1200

İlham Əliyev 19-cu “Caspian Agro Week” və 31-ci “InterFood Azerbaijan” sərgiləri ilə tanış olub

admin 05 May 2026

XƏBƏR LENTİ

SDU-nun yeni rektoru kimdir? -DOSYE IMG_6390

SDU-nun yeni rektoru kimdir? -DOSYE

05 May 2026
Ermənistan Fransa ilə strateji tərəfdaşlıq haqqında bəyannamə imzalayıb 2oeIbxjyKCPm1U6mU8ruxntTrAWrS0bEumVudYls_1200

Ermənistan Fransa ilə strateji tərəfdaşlıq haqqında bəyannamə imzalayıb

05 May 2026
Çin ABŞ-ni Kubaya qarşı sanksiyaları aradan qaldırmağa çağırıb 14KwphesNPB87uHYQxK7hB9a06MymljuhFzGpAvr_1200

Çin ABŞ-ni Kubaya qarşı sanksiyaları aradan qaldırmağa çağırıb

05 May 2026
Azərbaycandakı investisiya şirkətlərinin renkinqi (yanvar-aprel, 2026) L661lLd0SEK6vLDPDLWvjksJ0cTU5c7iY7RxT1kh_1200

Azərbaycandakı investisiya şirkətlərinin renkinqi (yanvar-aprel, 2026)

05 May 2026
Azərbaycan və Ekvador arasında ilk siyasi məsləhətləşmələr keçirilib WOWejFz1DK1fzsobOkzQBBK47Gp43A5SwOiDYBzc_1200

Azərbaycan və Ekvador arasında ilk siyasi məsləhətləşmələr keçirilib

05 May 2026
Həlak olan minatəmizləyənlərin övladlarının təhsil haqqını dövlət ödəyəcək image_870x_69d8c1c715c8a

Həlak olan minatəmizləyənlərin övladlarının təhsil haqqını dövlət ödəyəcək

05 May 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.