Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/SİYASƏT/Eka Sepaşvili: İlham Əliyevin səsləndirdiyi fikirlər Avroparlamentin yürütdüyü siyasətə layiqli cavabdır
SİYASƏT

Eka Sepaşvili: İlham Əliyevin səsləndirdiyi fikirlər Avroparlamentin yürütdüyü siyasətə layiqli cavabdır

05 May 2026 1 Min Read
PAYLAŞIN:

Gürcüstanın “Xalq Gücü” Partiyasının beynəlxalq əlaqələr üzrə katibi Eka Sepaşvili Azərbaycan Prezidenti İlham Əliyevin Avropa Parlamentinə yönəlmiş tənqidi fikirlərinə münasibət bildirərkən Avropanın bəzi strukturlarının Cənubi Qafqaz siyasətinin uğursuz olduğunu bəyan edib.

Paraqraf.com-un məlumatına görə, Sepaşvili jurnalistlərə açıqlamasında bildirib ki, Gürcüstan və Azərbaycana qarşı beynəlxalq təzyiqlər müşahidə olunur və bu ölkələr Avropa bürokratik dairələrinin formalaşdırdığı siyasi və iqtisadi konyukturaya uyğun gəlmir.

Onun sözlərinə görə, Azərbaycan Prezidentinin səsləndirdiyi fikirlər bəzi Avropa strukturlarının yürütdüyü siyasətə verilən layiqli cavab xarakteri daşıyır.

Sepaşvili Avropa Parlamentinin fəaliyyətini tənqid edərək bildirib ki, qurum etibarını itirib və qlobal güclərin təsiri altına düşərək müəyyən maraq qruplarının gündəminə uyğun qərarlar qəbul edir. Onun fikrincə, bu qərarlar siyasi korrektəlikdən və ya dövlətlərin geniş iqtisadi maraqlarından daha çox dar çərçivəli maraqlara əsaslanır.

Gürcü siyasətçi qeyd edib ki, son illərdə Avropa Parlamenti tərəfindən Azərbaycan və Gürcüstan əleyhinə çoxsaylı qətnamələr qəbul olunub ki, bu da region ölkələrinə qarşı təzyiq aləti kimi qiymətləndirilə bilər.

“Əgər reallığa baxsaq, mənzərə aydındır – bəzi Avropa strukturlarının Cənubi Qafqazdakı siyasəti uğursuz olub. Bu qurumlar demokratik dəyərlərdən danışsalar da, faktiki olaraq dialoq imkanlarını məhdudlaşdırırlar”, – deyə Sepaşvili vurğulayıb.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev mayın 4-də İrəvanda keçirilən “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısında videobağlantı ilə çıxışında Avropa Parlamentini tənqid edib. Dövlət başçısı bildirib ki, Avropa Parlamenti sülh prosesini dəstəkləmək əvəzinə onu sarsıdır.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Rusiya Ukraynada “Naftoqaz”ın obyektlərinə zərbə endirib: 5 nəfər ölüb, 37 nəfər yaralanıb

Next

Qazaxıstanda zavodda partlayış nəticəsində iki nəfər ölüb

Copyright 2026— Praqraf.com. All rights reserved