İngiltərənin “Arsenal” klubu İspaniya təmsilçisi “Real”ın futbolçusu Endrik üçün 100 milyon avro ödəməyə hazırdır.
Paraqraf.com “Fichajes” nəşrinə istinadən xəbər verir ki, “topçular” hazırda icarə əsasında Fransanın “Lion” klubunda çıxış edən hücumçunu heyətinə qatmaq niyyətindədir.
London təmsilçisinin baş məşqçisi Mikel Arteta 19 yaşlı forvardın komandada rəqabəti artıracağına inanır.
Gənc oyunçu 2024-cü ilin yayında “Palmeyras”dan 47,5 milyon avroya “Real”a transfer olunub. Az forma şansı əldə edən futbolçu qışda “Lion”a icarəyə verilib.
Xatırladaq ki, Endrik Liqa 1-də 19 oyunda 8 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.
Paraqraf.com
![]()
Visited 11 times, 4 visit(s) today
